Liderlərin Piterdəki görüşündən nələr gözlənilir?

27-12-2021, 17:18           
Liderlərin Piterdəki görüşündən nələr gözlənilir?
Hesab edirəm ki, Sankt-Peterburqda baş tutması gözlənilən görüş əhəmiyyətli təmaslardan biri olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli 28 dekabrda MDB dövlət başçılarının Sankt-Peterbuqrda keçiriləcək qeyri-rəsmi toplantısında Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün olacağı haqda informasiyalara münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, görüşdə bəzi sahələrə aid mütəxəsisslər qrupunun da iştirak edəcəyini təxmin edir:

“Hesab edirəm ki, görüşdə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və ümumiyyətlə, nəqliyyatla bağlı şəxslər də olacaq. Bu geniştərkibli fikir mübadiləsi praktiki qərarların tətbiqinin sürətlənməsində mühüm rol oynaya bilər”.

Politoloq bildirib ki, bu, qeyri-rəsmi görüş olsa da, ikitərəfli təmasların sistemliliyi və davamlılığı, həmçinin müharibədən sonra qəbul edilən bəyanatların icrası istiqamətində fikir mübadiləsi baxımından çox önəmlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru