Azərbaycandakı rus icmasının rəhbərindən sensasion açıqlama..

6-04-2016, 14:53           
Azərbaycandakı rus icmasının rəhbərindən sensasion açıqlama..
“Əgər bu şansdan yararlanmasaq gələcəkdə beynəlxalq aləm bizə hərbi əməliyyatlar yolu ilə torpaqlarımızı işğaldan azad etməyə imkan verməyəcək" "Rusiyanın separatizmlə mübarizə aparmaq hüququ var, bizim yox?" Rusiya Krımı özünün tarixi torpağı hesab edib geri qaytarırsa, niyə biz öz torpağımız sayılan və ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağı işğaldan azad etməyək?

Ruslar hər zaman Azərbaycan xalqı ilə çiyin - çiyinə olub və bundan sonra da Azərbaycan xalqının yanında olacaq. Bu fikri Moderator.az -a açıqlamasında Azərbaycandakı rus icmasının lideri, millət vəkili Mixail Zabelin deyib.

Onun sözlərinə görə, hələ 1990-ci illərdən bizim mövqeyimiz ortadadır və bu mövqedə hər hansı dəyişiklik olmayıb:
“Biz Azərbaycanın haqlı davasında onun yanındayıq və bu gün də mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycanın rus millətindən olan vətəndaşları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və toxunulmazlığını dəstəkləyir. Biz Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normaları daxilində həllinin tərəfdarıyıq.”

M.Zabelin son olaylarla bağlı ölkə başçısı İlham Əliyevin çıxışına toxunaraq bildirdi ki, biz onun bəyanatını tam dəstəkləyirik və çox gözəl çıxış etdi. “O dedi ki, bu torpaqlar bizimdir və biz öz torpaqlarımızda hərbi əməliyyat həyata keçiririk. Biz Ermənistanın sərhəddini pozub, orada işğalçılıq siyəsəti həyata keçirmirik. Ona görə də mən şadam ki, ordumuz hücuma keçərək işğal altında olan torpaqlarımızı azad edir”, - millət vəkili vurğulayıb.

Onun fikrincə, bu, işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün yaranmış şansdır və biz bundan yararlanmalıyıq: “Əgər bu şansdan yararlanmasaq gələcəkdə beynəlxalq aləm bizə hərbi əməliyyatlar yolu ilə torpaqlarımızı işğaldan azad etməyə imkan verməyəcək. Odur ki, bu fürsətdən yararlanmaq lazımdır” M. Zabelin əlavə etdi ki, biz münaqişənin sülh yolu ilə həllinə çalışırdıq və dünyanın aparıcı gücləri, beynəlxalq aləmdə də bir arxayınlıq var idi ki, hər şey qaydasındadır, danışıqlar gedir: “Prezident İlham Əliyev düzgün vurğuladı ki, biz mənasız olaraq 20 il gözləyə bilmərik. Xalqın səbri sonsuz deyil. Əgər münaqişə sülh yolu ilə həll olunmayacaqsa, o zaman güc yolu ilə həll olunacaq. Bunu Ali Baş Komandan və ordumuz sübut etdi.”

Digər ölkələrin son günlərdə baş verən olaylarla bağlı Azərbaycanın daxili işinə qarışması məsələsinə aydınlıq gətirən M. Zabelin bildirdi ki, hər hansı ölkənin bizim daxili işimizə müdaxiləsi yolverilməzdir: “Çünki biz başqa ölkənin ərazisində deyil, öz torpaqlarımızda hərbi əməliyyatlar həyata keçiririk. Necə olur ki, Rusiyanın öz ərazisində - Çeçenistanda separatizmlə mübarizə aparmaq hüququ var, bizim yox? Necə olur ki, Krımı özünün tarixi torpağı hesab edib geri qaytarırsa, niyə biz öz torpağımız sayılan və ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağı işğaldan azad etməyək? Niyə Azərbaycan Rusiyanın Çeçenistanda separatizmlə mübarizə apardığı kimi, Dağlıq Qarabağdakı separatçılarla mübarizə aparmasın?!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.