Ukraynada Rusiya pis oğlandı, Azərbaycanda yaxşı oğlan? - Səxavət Məmməd yazır
26-04-2022, 08:44

Azərbaycanda xüsusi bir tayfa yetişib ki, onlar deyir, sən düşünmə, fikirləşmə, biz sənin yerinə düşünüb fikirləşəcəyik, sadəcə sən təkrar elə.
Siyasətdə, parlamentdə rusun adamları barədə yazanlar çox olub. Orduda rusun adamları barədə 10 ilə yaxındır yazıram. Ümumi də yox, konkret kimlərin olması, fəaliyyətləri demək olar hər şey barədə.
Yazılara görə təhdid olunmuşam, hədələnmişəm bu öz yerində. İndi Rusiyanı söyən, tənqid edən adamlar var ki, mənim yazdıqlarıma görə məqalələr yazıb, açıqlamalar verib, adı keçənlər kənarda qalıb, məni qurumlara şikayət edənlər hazırda Rusiyanı tənqid edirlər. Etsinlər, bir şey demirəm. Sual yaranır, bu adamlar necə olur Rusiyanın Azərbaycandakı adamlarını müdafiə edirlər, Ukrayna üzərindən Rusiyanı tənqid edirlər. İndi bu ekspertlər, qələm fahişələri deyir ki, Rusiyanı bizim kimi tənqid edin. Düşmənimin düşməni dostumdur prinsipi mənə görə deyil. Hələ bu amöblər başqalarını ittiham da edirlər. Bu təkhüceyrəli varlıqlar elə düşünür ki, zamanında mənə qarşı etdiklərini unutmuşam. Mən Azərbaycan xalqı deyiləm. Unutmağı bacarmıram. Zamanı var...
Eynən Qarabağ üzərindən də bu cür davrananlar var. Zamanında Qarabağ mövzusunu qadağan edənlər, indi Qarabağ üzərindən elə oyunlar oynayırlar ki, adamın əli üzündə qalır.
Mənim üçün burda Rusiya nədirsə, orda da odur. Burdakı itləri də Ukrayna üzərindən başqa tonda hürsələr də, it olduqları dəyişmir.
Bir də bəzi dostlar deyir, nə əcəb Müdafiə nazirliyindəki yoxlamalardan yazmırsan. İndi olanlar yazmadığım şeylər deyil. Yeniləri ilə bağlı araşdırma edirdim. Faktsız heç nə yazmadığım üçün bir materialın ortaya çıxması üçün xeyli vaxt lazım olur. Bu dəfə "Dəniz"dən girib, yeni tikilən hərbi hissələrdən çıxmışam. İtlər hürməyə hazır olsunlar...
Səxavət Məmməd
Teref.az