Motosikilet sürücüsünü döyən məmur danışdı - BİLİRƏM MƏNİ İŞDƏN ÇIXARACAQLAR, SƏHV ELƏDİM... 26-04-2022, 07:45 “Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.Bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram”.Qeyd edək ki, Sultan Dadaşovun PA -da işlədiyi deyilir. Facebook-da paylaş