Paşinyan yeni müharibəyə səbəb olacaq addım atır - BİZ İSƏ SEYR EDİRİK...

27-04-2022, 18:52           
Paşinyan yeni müharibəyə səbəb olacaq addım atır - BİZ İSƏ SEYR EDİRİK...
Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurası ilə Xankəndidəki separatçl-terrorçu rejimin qondarma “təhlükəsizlik şurasının” birgə iclasını keçirəcək.

Teref.az Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşrin iddiasına görə, birgə iclasın cümə günü baş tutacağı gözlənilir.

“Ermənistan hakimiyyətinin məqsədi baş nazirin əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağı Azərbaycana təslim etməyəcəklərinə inandırmaqdır. Bu o demək deyil ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkib. Bu görüşün gerçək məqsədi məsuliyyəti bölməkdir”, - nəşr yazır.

Paşinyan “təhlükəsizlik şuralarının birgə iclasını” sonuncu dəfə 44 günlük müharibədən öncə Qarabağda keçirmişdi. Danışıqlar prosesinə son qoyulması, gərginliyin artması səbəblərindən biri də bu idi. Budəfəki iclasın yeri bəlli deyil. Paşinyan Qarabağa gələ bilmədiyi üçün mümkün iclasın Ermənistanda keçiriləcəyi gözləntisi çoxdur. Hərçənd, belə bir iclasın keçirilməsi bütün hallarda gərginliyi daha da yüksəldəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru