Ukrayna böhranı, Covid böhranı, iqtisadi durum, Tayvan problemi Çini dalana dirəyib...

3-05-2022, 10:20           
Ukrayna böhranı, Covid böhranı, iqtisadi durum, Tayvan problemi Çini dalana dirəyib...
Pekin qaynayır. Ukrayna böhranı, Covid böhranı, iqtisadi durum, Tayvan problemi Çin dalana dirənib. Maoçular ölkəni böhrana sürükləyir, komsomolçular isə höküməti və Rusiyanı günahlandırır. Rusiya mediası isə Çinin mövqeyini Moskvaya yaxın kimi təqdim edir.
Reallıq isə heçdə belə deyil.....
Le Keqiang:" Ukrayna məsələsindəki sərgilədiyimiz mövqe bizi çətinliklərlə üz-üzə qoydu. Çində iqtisadi inkişaf səviyyəsi Tayvan və Honq-Konq kimi yaxşı deyil. İqtisadi depressiyaya görə Çində işsizlik səviyyəsi nə qədərdir? Hər halda rəsmi rəqəmlər qətiyyən inandırıcı deyil. Müxtəlif qeyri-rəsmi rəqəmlər var. 200 milyondan artıq insan var.

Əslində bu Çin üçün çox ciddi problemdir. Cənab Si sizin iqtisadi hesablamalarınız görünürkü səhv hesablanıb. Çində işsizlərin çoxu əməkçi miqrant deyilən insanlardır, yəni onların şəhərdə daimi yaşayış yeri, təsərrüfat qeydiyyatı, sənayesi yoxdur və sadəcə olaraq şəhərdə işləyirlər. İndi isə onlar qapanmalar səbəbindən işlərini itiriblər. Sual edirəm onların taleyi necə olacaq?

Adətən onların sosial sığortası yoxdur, işsizliyə görə müavinət almırlar və artıq işləri olmadığı üçün kəndə qayıdıb əkinçiliklə məşğul ola bilmirlər. Qaçqınlar çox olan kimi cəmiyyət dərhal problemlər yaşayacaq. Avropa ilə əlaqələrdə problemlərimiz var, ABŞ ilə ciddi konfrontasiya yaşayırıq. Bütün bunların hesablamaları düzgün aparılıbmı məni dərindən narahat edən sual budur".....
Mənbə: Set İ News-Taiwan Channel..
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.