Ağackəsimi və qanunsuz parklanma: Kimdir günahkar?

8-06-2022, 00:13           
Ağackəsimi və qanunsuz parklanma:
Bu gün gündəmi dəyişə biləcək səviyyədə ciddi bir hadisə baş verib. Belə ki, qanunsuz ağac kəsilmiş ərazidə qanunsuz parklanma salınıbmış. Etiraf edim ki, ciddi məsələdir. Qanunsuz parklanma ilə bağlı məsələyə hətta ölkə başçısı da reaksiya verib. Və dərhal da müvafiq orqanlar künahkar axtarışına çıxaraq hərəkətə keçiblər və günahkarı da dərhal tapıblar. Sən demə günahkar Nəsimi bələdiyyəsiymiş.

Sual olunur şəhərin mərkəzində belə parklanma yerini bələdiyyə yarada bilərmi, onun elə bir siyasi gücü varmı və yaxud indiyədək Dövlət Ekoloji Ekspetiza Xidməti ilə yanaşı digər yaxasını geri çəkən orqanlar hara baxırdılar. Mənə maraqlıdır ki, ölkə başçsının müdaxiləsindən sonra hərkərə gələn Ekologiya və Təbii sərvətlər nazirliyinin Dövlət Ekoloji Ekspetiza Xidməti qəbul etdiyi qərarların icrasıyla bağlı niyə bir monitorinq təşkil edib vaxtında yaranmış problemi həll etməyib.

Belə məlur olur ki, Nəsimi bələdiyyəsi ağac kəsimi ilə bağlı Ekologiya və Təbii sərvətlər nazirliyinin müvafiq orqanına müraciət edib. Nazirliyin müvafiq orqanı qəzalı vəziyyətdə olan ağacın kəsilməsini yeni ağacın əkilməsi şərtiylə razılıq verib. Ağacın kəsilməsini isə Bakı ŞİH-nin Yaşıllaşdırma idarəsi həyata keçirib. Sonrakı prosesi bəs kim icra edib?

Hamı yaxasını geri çəkir. Amma hər kəsdə gözəl bilir, sadəcə deyə bilmir və susur. Fikrimcə, deyilməli məlumat açıqlanmalıdır.

Şəxsən mənim üçün Nəsimi bələdiyyəsi daim tənqid hədəfimdə olsa da, ədalət naminə deməliyəm ki, bundan sonrakı prosesin Nəsimi bələdiyyəsi tərəfindən atıldığına inanmıram. Çünki bu gün bələdiyyə Nəsimi rayonunda elə bir gücə sahib deyil, konkret. Söz sahibləri başqalarıdır. Və bu məsələnin elə anındaca Nəsimi bələdiyyəsinin də üstünə atmaq düzgün deyil.

Açıq etriaf edim ki, bu addım ola bilər hansısa siyasi rəhbər üçün də “torba” tikmək ehtimali ilə ictimailəşdirilsin. Amma deyəsən bu dəfə günahı bələdiyyənin üstünə atmaqla hədəfdən yayınmaq mümkün oldu.

Axarıncı yox, axırıncı hadisə olsun...

Vüqar Tofiqli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru