Rusiyadan qaçış ölkənin imicini yerlə-bir edir

29-09-2022, 09:58           
Rusiyadan qaçış ölkənin imicini yerlə-bir edir
İnformasiya məkanı çox toksikdir, maraq qrupları, ölkələrin öz informasiya filtirləri, ancaq tık xatirinə qoyulan başlıqlar - bütün bunlar fikirləri qarışdırır, amma rəqəmlər həmişə mənzərəni daha aydın görməyə imkan verir.
Rusiyada səfərbərlik elan ediləndən bəri ölkədən gedən insanların sayı:
- Türkiyə, tək Antaliyaya 441 min, İstanbula 200 minə yaxın,
- Gürcüstan 82 min
- Qazaxstan - 100 minə yaxın (çox yerdə sərhəd-keçid məntəqəsi yoxdur, tam sayı bilmək mümkün deyil),
- Ermənistan - 25 minə yaxın,
- Azərbaycan - dəqiq say elan edilməyib, amma reys sayına baxsaq 7 minə yaxın,
- Monqolustan - 30 minə yaxın,
- Avropa Birliyi ölkələrinə - 66 min.
Yəni, elandan sonra 1 mln.-a yaxın insan Rusiyadan çıxıb, ölkədə səfərbərliyə yararlı 25 mln. insan var - bəli, Rusiyadan qaçış ölkənin imicini yerlə-bir edir, vətəndaşların bir qisminin müharibəyə pis münasibətini göstərir, amma bu o demək deyil ki, Kreml 300-500 min yeni əsgər yığa bilməyəcək, təbii ki, toplayacaq, bu isə Ukrayna üçün əlavə problemlər yarada bilər. Yəni, səfərbərliklə bağlı ancaq neqativ informasiya və videolarla heç kəs, əsas da Ukraynanılar özünü aldatmasın.
Rusiya bu günə qədər işğal etdiyi hər yeri həyasızcasına özünə "rəsmən" qatdıqdan sonra əlinə nüvə raketini alıb təhdid edərək müharibəni "dondurmağa" çalışacaq, "dondura" bilsə o 300-500 min əsgər Rusiyanın yeni "sərhədlərində" ətdən divar hörüb sərhəd qoşunlarına çevriləcəklər. Müharibə indiki sərhədlərdə "donsa", Rusiya nəfəs dərib 3-5 il sonra yenidən Odessa və digər bölgələri işğalı üçün hərəkətə keçəcək.
Bir sözlə, Ukraynanın heç olmasa Xerson və Zaparojye vilayətini yaxın aylarda işğaldan azad etməsə, Ukraynanın bir dövlət kimi gələcəyi sual altına düşəcək, bu isə həm də bizim üçün, Cənubi Qafqaz üçün ən pis ssenaridir...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.