Aİ liderləri kritik infrastrukturların təhlükəsizliyini müzakirə edəcəklər

2-10-2022, 10:21           
Aİ liderləri kritik infrastrukturların təhlükəsizliyini müzakirə edəcəklər
Avropa İttifaqı liderləri gələn həftə kritik infrastrukturların təhlükəsizliyini müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Onun sözlərinə görə, “Şimal axını” boru kəmərlərinə qarşı təxribat Aİ üçün təhlükədir: “Biz kritik infrastrukturumuzu təhlükəsiz saxlamaqda qərarlıyıq. Liderlər bu məsələni Praqada keçiriləcək sammitdə müzakirə edəcəklər”.

Qeyd edək ki, Aİ liderləri oktyabrın 7-də Çexiyanın paytaxtında görüşməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru