Onkoloji xəstələr nə zaman pulsuz müalicə alacaqlar?

2-10-2022, 14:15           
Onkoloji xəstələr nə zaman pulsuz müalicə alacaqlar?
Ölkəmizdə onkoloji xəstələrin sayı artaraq 60 minə çatıb.

Cebhe.info xəbər verir ki, bu statistik rəqəm bir neçə gün öncə Milli Məclisin Səhiyyə komitəsinin iclasında açıqlanıb. Mütəxəssislər buna səbəb olaraq ekoloji faktorlar, qidalanma, hava, su, dərmanlar və tərkibindəki əlavələri, qida və əlavələrinin səbəb olduğunu deyirlər. Həmçinin, qida, yuxu rejiminin düzgün seçilməməsi də onkoloji xəstələrin sayının artmasına gətirib çıxarır.

Deputat Məlahət İbrahimqızı yerli kanala müsahibəsində bildirib ki, ABŞ -da əhalinin sayına düşən onkoloji xəstələrin sayı Azərbaycandan dəfələrlə çoxdur. Buna "fast-food"un, GMO -nun təsirli olduğu deyilir. Xəstələrin sayı artdıqca müalicə xərcləri də çoxalır. Lakin bu gun onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunmaması müzakirə mövzusudur. Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, onkoloji xəstələrə göstəriləcək tibbi xidmət təəssüf ki, bugünədək xidmət paketində yoxdur:

"Biz parlamentdə dəfələrlə bu məsələni qaldırmışıq. Artıq gündəmdədir ki, 2023-cü ilin dövlət büdcəsi müzakirə olunanda onkoloji xəstələrin də icbari tibbi sığorta hesabına müalicə olunması qəbul olunsun. Bunun təsdiq edilməsi maddi imkanı olmayan xəstələrçün çox vacibdir".

Məlumdur ki, onkoloji xəstələrə vurulan dərmanlar çox baha olur. Deputat bildirib ki, gələcəkdə bəzi imtiyazları olan onkoloji xəstələr, məsələn, şəhid ailəsi və s. pulsuz müalicəyə, zərfə cəlb oluna bilərlər. Qeyd edək ki, hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sadə xidmətlər daxildir. Bu xidmətlər zərfində hələki onkoloji xəstələrçün güzəşt nəzərdə tutulmayıb.

https://www.facebook.com/watch/?v=3354745698140555












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.