Putinin Ukraynadakı son hərbi prioritetləri nədir?

3-10-2022, 00:10           
Putinin Ukraynadakı son hərbi prioritetləri nədir?
Ukraynanın şərqindəki Liman şəhərindən Rusiya qüvvələrinin geri çəkilməsi göstərir ki, hazırda Moskva bu bölgədənsə, ölkənin cənubundakı ərazilərin müdafiəsinə üstünlük verir. Bu barədə ABŞ-dakı Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazır.

ISW ekspertlərinə əsasən, Liman ətrafındakı cəbhə xəttinin zəifləməsi demək olar ki, hərbi komandanlığın deyil, Putinin qərarıdır: "Bu onu deməyə əsas verir ki, Putin Luhansk vilayətindən daha çox Xerson və Zaporojye vilayətlərinin saxlanmasına əhəmiyyət verir".

Şənbə günü Ukrayna qüvvələri ölkənin şərqindəki strateji əhəmiyyətli Liman şəhərini alıblar. Bu, Luhansk və Donetsk bölgələrinə doğru irəliləmək üçün yeni imkanlar açır.

Putin Ukaynanın dörd regionunun ilhaqını elan edib rəsmi Kiyevi danışıqlar masasına çağırdı
Rusiyada səfərbərliyə çağrılan azərbaycanlı: "Rusiya tərəfdən döyüşmək istəmirəm"
Taktiki nüvə silahları nədir və Rusiya onlardan istifadə edə bilərmi? 5 suala cavabda
Rusiya Müdafiə Nazirliyi bildirib ki, minlərlə əsgərin mühasirəyə düşməsi təhlükəsindən yayınmaq üçün Limandakı qüvvələr daha sərfəli mövqelərə çəkilib.

Moskvanın ilhaq etdiyi bölgələrdəki nümayəndələri ilə keçirilən imzalanma mərasimində Putin dörd regionun Rusiyaya birləşdirilməsini "milyonlarla insanın qərarı" kimi qiymətləndirib

"Mühasirəyə alınma təhlükəsinə görə müttəfiq qoşunları Qırmızı Liman (şəhərin köhnə sovet adı - red.) yaşayış məntəqəsindən daha əlverişli xəttlərə çəkilib".

Britaniya hərbi kəşfiyyatı bildirir ki, əməliyyat baxımından Liman vacibdir, çünki ona nəzarət Severski Donets çayı üzərindəki əsas keçidə nəzarət deməkdir ki, Rusiya onun qarşı tərəfində müdafiə xəttini gücləndirməyə çalışır.

"Rusiyanın Limandan çıxması həm də əhəmiyyətli siyasi uğursuzluqdur, çünki o, Rusiyanın guya "azad etmək" istədiyi və qeyri-qanuni ilhaq etməyə cəhd etdiyi Donetsk vilayətində yerləşir".

Limanın alınması ardınca Çeçenistan lideri şəhəri müdafiə edən hərbi komandanlığı tənqid edib. Ramzan Kadırov yazıb ki, belə təhlükəyə qarşı az gücü olan nüvə silahınadək bütün vasitələrdən istifadə olunmalı idi.

Liman şəhərindəki "uğursuzluğu" Putin rejiminə sadiq başqa şəxslər də tənqid ediblər. Ukrayna lideri telemüraciətində belə tənqidlərə münasibət bildirib.

"Yeri gəlmişkən, onlar artıq bir-birini dişləməyə başlayıblar: günahkarları axtarırlar, uğursuzluqlarda bəzi generalları günahlandırırlar... Bu, Rusiya hakimiyyətinin bütün səviyyələrində eşidilməli olan ilk zəngdir", - Volodimir Zelenski deyib.

Liman Rusiyanın cümə günü ilhaqını elan etdiyi Ukraynanın dörd bölgəsindən biridir.

Moskvanın ilhaq etdiyi bölgələrdəki nümayəndələri ilə keçirilən imzalanma mərasimində Putin dörd regionun Rusiyaya birləşdirilməsini "milyonlarla insanın qərarı" kimi qiymətləndirib.

Ukrayna və onun Qərb müttəfiqləri bu addımı torpaqların qanunsuz ələ keçirilməsi kimi qiymətləndiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.