Adı Ramin Bayramlı ilə hallanan “Spektr Med” MMC TENDER BAZARINDA - yenə də qayıtdı...

4-10-2022, 11:35           
Adı Ramin Bayramlı ilə hallanan “Spektr Med” MMC TENDER BAZARINDA - yenə də qayıtdı...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi reaktivlərin və laboratoriya sərfiyyat mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Spektr Med” MMC-dir.

Qalib şirkətə 8,286 milyon manat ödəniləcək.

DİA.AZ xatırladır ki, “Spektr Med” MMC-nin adı buna qədər yerli KİV-də müxtəlif qalmaqallarda hallanıb. Yerli KİV-də iddia olunurdu ki, “Spektr Med” MMC TƏBİB-in sabiq sədri Ramin Bayramlınındır və o, qanunsuz əməllərini “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirirdi.

Sonradan isə “Spektr Med” MMC tərəfindən bu məlumatlar təkzib olundu.

İndi isə aydın olur ki, şirkət yenidən tender bazarına nüfuz etməyə başlayıb və heç də zəif formada yox...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru