Paşinyanın təklifi: -

4-10-2022, 11:14           
Paşinyanın təklifi: -
İran dost olmayan ölkələrin hərbi və siyasi nümayəndələrinin sərhədləri yaxınlığında olmasını qəbul etməyəcək.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bunu İran üzrə erməni mütəxəssis Qarik Misakyan deyib.

“Əvvəla, Tehran beynəlxalq müşahidəçilərin, xüsusən də ABŞ və İsrail kimi ona rəqib dövlət və ya əleyhdarlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə müsbət cavab verməyəcək. Tehran müşahidə missiyasının tərkibinə İran nümayəndələrinin daxil ediləcəyi təqdirdə bu missiyaya maraq göstərə bilər. Bu cür təşəbbüsləri həyata keçirərkən nəzərə almaq lazımdır ki, İran təhlükəsizliyinə kifayət qədər sərt reaksiya verir. İran artıq Zəngəzur dəhlizi ilə bağlı mövqeyini göstərib. Azərbaycan İran əleyhinə istənilən layihəyə qoşulmağa hazırdır, xüsusən də Ermənistan tərəfi təşəbbüskar olarsa. Hökumətimiz unutmamalıdır ki, İran bizim təbii və real müttəfiqimizdir, xüsusən indiki mərhələdə Ermənistan-İran maraqları üst-üstə düşür. Bizim üçün bu, İranla əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə vasitə ola bilər”, - o bildirib.

Qeyd edək ki, sentyabrın 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan öz Tvitter səhifəsində Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsini zərurət adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru