Cəmil Məmmədli studiya açdı: "İnternet televiziyası kimi fəaliyyət göstərəcək" VİDEO

5-11-2022, 11:47           
Cəmil Məmmədli studiya açdı:
Araşdırmaçı jurnalist Cəmil Məmmədli Xaçmazda studiya açıb.

Bu barədə Qaynarinfo-ya jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, şimal bölgəsində yaşanan problemləri işıqlandırmaq üçün belə bir studiyaya ehtiyac var idi:
Ətraflı

"Mən əvvəllər də şimal bölgəsinin problemləri ilə bağlı çəkilişlər edib, "Facebook” səhifəmdə yaymışam. Hansı media qurumu üçün maraqlı olubsa, həmin materialı tirajlayıb. İndi isə artıq studiya var və biz özümüz materialları qısa film şəklində, yaxud əhatəli material kimi hazırlayıb "YouTube” kanalımız üzərindən yayacağıq. Yəni, studiya faktiki olaraq internet televiziyası kimi fəaliyyət göstərəcək.

Bu gün media quruluşların əhəmiyyətli hissəsi Bakıda cəmləşib və əsasən paytaxtın problemlərinə fokuslaşıb. Əyalətlər isə demək olar ki, yaddan çıxıb. Ona görə də belə bir layihəyə ehtiyac var idi və biz bunu etdik”.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru