İsrail terora qarşı cavabını gecikdirmədi - İranın bir çox şəhərlərində hərbi sənaye müəsisələri vuruldu SİYAHI

29-01-2023, 10:30           
İsrail terora qarşı cavabını gecikdirmədi -
TEREF.AZ yazır ki, İran hava məkanını qoruya bilmədi! Əsas isə Rusiyanın hava hücumundan qoruma sistemlərinin yararsızlığı bir daha sübut olundu.
Gecə İsrail ordusu olduqca böyük bir əməliyyat həyata keçirib.
İran bu gece kamikadze dronlarla vurulub, İran ordusu isə cəmi bir dron zərərsizləşdirib.
Rusiyadan aldığı S-300, S-400(?) -lərin faydası olmadı.
İsrailin baş naziri Benyamin Netanyahu:
"Qüdsdəki terror hücumlarına cavabımız güclü, sürətli və dəqiq olacaq. Kim bizə zərər vermək istəsə, biz də onlara və onlara kömək edən hər kəsə zərər verəcəyik!" demişdi. Və bu cavab gecikmədi.
İsfahanda hərbi baza vuruldu.
Təbriz və Həmədan da da hərbi bazaları vurikdii.
Tehranda qırıcı təyyarələr qaldırıldı.
Həmədan, Javanyurd vuruldu.
Rəşt də vuruldu.
Şərqi Azərbaycan əyalətinin Şəhid-Səlimi şəhərində motor yağları istehsal edən böyük zavod vurulub.
İsfahan əyalətinin mərkəzi hissəsində yerləşən hərbi anbar və sursat istehsalı mərkəzi də pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
İranın qərbindəki Dizful şəhərindəki aviabazada partlayış, Həmədan (ölkənin qərbi) və Rəşt (şimal) şəhərlərində partlayış və yanğınlar baş verir.
Tehranda partlayış səsləri fonunda hökumət binalarına hücum edilib.
Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.
İran Müdafiə Nazirliyi, İran Ordusu, Raket və aerokosmik layihələri inkişaf etdirən İran dövlət şirkəti AIO-nun internet saytı və Müdafiə Sənayesi nazirliyinin rəsmi saytları dağıdıldı.
Təsdiq olunmamaış məlumatlara görə, Türkiyə və Azərbaycan konsulluğu qapadılıb.
Elşən
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.