Bakının mərkəzində tıxaca səbəb olan təmir işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA + VİDEO

25-02-2023, 10:57           
Bakının mərkəzində tıxaca səbəb olan təmir işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA + VİDEO
Bakının alternativi olmayan əsas prospektlərindən birində təmir işləri aparılır.

Xezerxeber.az-ın məlumatına görə, təmir işləri Dənizkənarı bulvarın qarşısında, Neftçilər prospektində görülür.

Düzdür, yol nəqliyyatın hərəkətinə tam bağlanmayıb, amma görülən işlər günün istənilən vaxtı bu prospektdə hərəkəti filic edib.

Bir neçə gündür prospektə ağır texnikalar və canlı qüvvə cəlb edilib. Təmir işi yolun bir istiqamətində görülür və burada da təhlükəsizlik lenti çəkilib, bir zolaq isə yalnız nəqliyyata açıqdır.
Təmir-tikinti işini Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə özəl şirkətlərdən biri aparır.

İş icraçıları bildiriblər ki, prospekt boyu asfalt qaşınmayacaq. Qeyd ediblər ki, əvvəldən baxış keçirilib və hansı hissələrdə asflt qatı yararsızdırsa orada təmir aparılmasına qərar verilib.

Sürücülər isə təmirin aparılmasını müsbət qarşılasalar da, tıxacın yaranmasından narazıdırlar.

İşi icraçıları tərəfindən o da bildirilib ki, təmir işi 28 May küçəsindən bulvar ərazisinə qədər olan küçələri əhatə edir. Hava şəraiti əlverişli olarsa təmir may ayında yekunlaşacaq.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru