Müharibəsinin bir illiyinin nəticələrini qısa olaraq belə qeyd etmək olar: heç bir tərəfin istəyi baş tutmadı;

25-02-2023, 08:28           
Müharibəsinin bir illiyinin nəticələrini qısa olaraq belə qeyd etmək olar:
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin bir illiyinin nəticələrini qısa olaraq belə qeyd etmək olar: heç bir tərəfin istəyi baş tutmadı;
- Rusiya qısa müddətdə qələbə qazanmağı planlaşdırsa da, ciddi müqavimətlə üzləşdi və son bir ildə işğal edilən ərazilərlə müqayisədə hərbi və iqtisadi-siyasi zərəri itirən tərəf olduğunu göstərir;
- Qərb sanksiyalarla Rusiyanı çökdürə, Putini devirə bilmədi;
Ötən bir ildə məğlub tərəf Rusiya, itirən Ukrayna, əsas qazanan isə ABŞ-dır, xüsusilə Avropa cəbhəsində yenidən önə çıxması fonunda.
Müharibənin taleyinə siyasi baxımdan iki amilin təsirə edə biləcəyi görünür:
- Qərbin vahid mövqeyinin davam edib-etməməsi;
- Çinin Rusiyadan tərəf olub-olmaması: Pekin döyüş meydanındakı nəticələrə uyğun mövqe sərgiləcək;
Və təbii ki, Putinin devrilməsi, yaxud oyundankənar vəziyyətə düşə biləcəyi situsiyanın yaranması halı da təsiredici amildir.
Ümumilikdə, müharibənin uzunmüddətli olacağı görünür, bu, hətta dünyanı yeni “soyuq müharibə”yə aparana qədər davam edə bilər.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru