Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi
26-02-2023, 08:28
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehtiban Əliyeva Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı İnstaqram hesabında paylaşım edib. Paylaşımda deyilir: “Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.