ABŞ Maliyyə Nazirliyi Rusiya QRU-sunun kiberkəşfiyyatla məşğul olan şirkətlərinə sanksiya tətbiq etdi...

26-02-2023, 12:47           
ABŞ Maliyyə Nazirliyi Rusiya QRU-sunun kiberkəşfiyyatla məşğul olan şirkətlərinə  sanksiya tətbiq etdi...
ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ildönümü ilə əlaqədar bir sıra Rusiya şirkətləri və şəxslərinə qarşı irimiqyaslı sanksiyalar tətbiq edib.
Sanksiyalar siyahısına əlavə edilmiş şəxslər dezinformasiya fəaliyyəti ilə məşğul olan, ABŞ-da daxil olmaqla bir sıra ölkələrdə seçkilərə təsir etmək üçün onlayn kampaniyalar təşkil edən şirkətlər və şəxslər də daxildir.
Onlardan biri Azərbaycanda Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi - QRU üçün məlumatların toplanması və təhlili üçün xüsusi texnologiyalar tətbiq edən Andrey Masaloviçdir.
Sanksiyalar siyahısında FSB və QRU əməliyyatlarına :
- sosial şəbəkələrdə dezinformasiya kampaniyası aparmaq üçün güclü botnet və məlumat paneli yaradan 0Day Technologies şirkəti ,
- saxta sosial media hesabları vasitəsilə ictimai rəyi manipulyasiya etmək üçün texniki dəstək verən “Lavina Puls” və “Inforus” şirkətləri var.
Bu şirkətlərə Baydenin 2021-ci ilin aprelində imzaladığı sərəncama əsasən sanksiyalar tətbiq edilib və onlara Birləşmiş Ştatlardakı şirkətlərə və şəxslərə məxsus bütün növ mülkiyyətləri siyahıya alınmış təşkilatlarla iş aparmaq qadağan edilib, onların Birləşmiş Ştatlarda internet resurslara girişini əngəllənib.
Sanksiyalara düşən , Azərbaycanda da kiber əməliyyatlar aparan “Lavina Puls “ və “Inforus” -un baş direktoru Andrey Masaloviç Rusiya Federal Rabitə və İnformasiya Agentliyi - FAPSI -nin keçmiş polkovnik-leytenantıdır.
Onun şirkətləri bir sıra regionlarda Rusiyanın xarici kəşfiyyat xidməti olan QRU üçün “ xoşməramlı olmayan- zərərli təsir kontentlərin” vasitələrinin, alətlərinin hazırlanmasında iştirak edib.
Fizika-riyaziyyat elmləri namizədi, alim, jurnalist, proqramçı və publisist olan Masaloviç Rusiyanın rəqabət qabiliyyətli kəşfiyyatı üzrə tanınmış ekspertidir.
Onun ən böyük layihəsi İnternet üzərindən kəşfiyyat aparmaq üçün nəzərdə tutulmuş Avalanche proqramıdır.
Intelligence Online hesabatlarına görə, “Lavina Puls” -un Avalanche texnologiyası Vyetnam, İndoneziya , Myanmar, Tacikistan və Azərbaycan da daxil olmaqla Asiya üzrə məlumatların toplanması və təhlili üçün istifadə edilir.
Avalanche texnologiyası indi də bu regionlarda fəaliyyətini davam etdirir.
“ODay Technologies” Rusiya kəşfiyyat xidmətlərinə subpodratçı kimi geniş miqyaslı dezinformasiya kampaniyası aparmaq üçün botnet hazırlayıb.
“0Day Technologies” saxta sosial media hesabları yaratmaqla icitmai fikirə təsir əməliyyatlarını koordinasiya etmək üçün istifadə edilə bilən SANA adlı idarə paneli daxildir.
Şirkət Rusiya kəşfiyyatına sifariş edilən ölkələrin vətəndaşlarının şəxsiyyətini müəyyən etmək imkanı verən məlumat bazaları ilə təmin edirmiş.
ABŞ-ın sanksiyasına məruz qalan digər Rusiya şirkəti isə “Forward Systems” , “R&DC” QRU-nun “hücumedici kiber əməliyyatlar” bölməsi üçün “ixtisaslaşdırılmış proqram təminatı və alqoritmlər” hazırlayırmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru