Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb

15-05-2023, 09:54           
Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb
Ermənistan və Azərbaycan liderləri Alma-Ata bəyannaməsinə birmənalı olaraq sadiq olduqlarını bildiriblər.

Teref.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldə aparılan danışıqların yekunu haqqında bildirib.

"Liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və müvafiq olaraq Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi bütövlüyünə birmənalı sədaqət ifadə ediblər. Yekun demarkasiya danışıqlar zamanı razılaşdırılacaq", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru