Kreml iki ildən sonra sülhməramlı kontingentini Qarabağdan çıxaracağıyla bağlı Bakıya təminat verməlidir.
19-05-2023, 08:25
Rusiya prezidenti Vladimir Putin mayın 25-də nədən Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirməyə ehtiyac duyub? Kreml vasitəçilikdə Brüssel və Vaşinqtondan geri qalmaq istəmir. İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə bir neçə məsələylə bağlı şifahi razılaşma əldə edilib. Bu Kremli narahat edir. Putin iki ölkə arasında gələcək sülh sazişinin Moskvada imzalanmasını istəyir. Bunun il ərzində reallaşması mümkündür, ancaq Kreml iki ildən sonra sülhməramlı kontingentini Qarabağdan çıxaracağıyla bağlı Bakıya təminat verməlidir. Elxan Şahinoğlu Teref.az