Naxçıvanda Talıbovların 30 ilə yaxın fəaliyyətinin auditi, nəticələri, cəzalandırılma mexanizmləri nədən yoxdur?!

20-05-2023, 09:54           
Naxçıvanda Talıbovların 30 ilə yaxın fəaliyyətinin auditi, nəticələri, cəzalandırılma mexanizmləri nədən yoxdur?!
Mənim çox yaxşı statistika müəllimin var idi, deyirdi ki, iqtisadi-hüquqi göstəricilərdə il-ilə, rüb-rübə, ay-aya müqaisələrdə dəfələrlə ifadə edilən artma, və ya azalma görsəniz, bilin ki, bu işin içində fırıldaq, qanunsuzluq, hansısa qaranlıq məqamlar var.
Rəsmi məlumat açıqlanıb ki, bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1938 yeni vergi ödəyicisi qeydiyyata alınıb, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb.
Bu dövrdə Naxçıvanda qeydə alınan hüquqi şəxslərin sayı 30 dəfə (!!!) artıb. Tutalım ki, bu Talıbovun işdən çıxarılması, Bakıdan bəzi biznes növlərinin, şirkətlərin Naxçıvanda fəaliyyətə başlaması ilə əlaqədardır – ola bilər, bəs yaxşı Talıbov və komandasının 30 ilə yaxın Naxçıvanda inhisarçılıq qurmasına, şirkət açmağa icazə vermədiyinə, büdcə mənimsəmələrinə görə özü və çevrəsi nədən məsuliyyət daşımır?!
Naxçıvanda Talıbovların 30 ilə yaxın fəaliyyətinin auditi, nəticələri, cəzalandırılma mexanizmləri nədən yoxdur?!
Anlayıram ki, bu sistem “əl-əli yuyar, əl də üzü”, prinsipi üzərinə inşa edilib, amma bəs cəzasızlıq mühiti növbəti cinayətlərə əsas yaratmırmı?!
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.