Separatçıların "fikir ayrılığı" oyunbazlığı nəyə xidmçət edir? - ŞƏRH

20-05-2023, 09:54           
Separatçıların "fikir ayrılığı" oyunbazlığı nəyə xidmçət edir? - ŞƏRH
Qarabağda separatçılar arasında fikir ayrılıqları mövcud olduğundan artıq şişirdilir, misal üçün yazırlar ki, “parlamentin spikeri prezidentin istefasını və ya yeni seçkilər tələb edib”, “Qarabağ prezidenti ilə təhlükəsizlik şurasının keçmiş katibi arasında fikir ixtilafı mövcuddur”, “Samvel Babayan vəzifə istəyir” və ya “Ruben Vardanyan Araik Arutunyana qarşı yeni hərəkat formalaşdırıb”.
Bu cür xəbərlərin yayılmasında məqsəd beynəlxalq aləmə Qarabağ erməniləri arasında ciddi siyasi mübarizənin və çoxsaylı “siyasi fiqurların” mövcud olduğunu aşılamaqdır.
Yəni belə təsəvvür yaratmaq istəyirlər ki, Qarabağda “özünüidarə uğrunda mübarizə gedir” və bu səbəbdən onlar Azərbaycan qanunlarına tabe ola bilməzlər.
Biz isə beynəlxalq aləmə Qarabağda separatizmin günlərinin azaldığını, onların tərksilah olunacağını və Xankəndidə Azərbaycan qanunlarının işləyəcəyini təlqin etməliyik.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru