Separatçıları tərksilah etməklə yanaşı torpaq altında basdırdıqları silah və sursatı da aşkar etmək vacib olacaq ki,...

22-05-2023, 10:54           
Separatçıları tərksilah etməklə yanaşı torpaq altında basdırdıqları silah və sursatı da aşkar etmək vacib olacaq ki,...
Ermənistan ordusu yerli separatçılarla birgə Azərbaycan torpaqlarının işğalı dövründə mina basdırmadıqları ərazi qoymayıblar.
İkinci Qarabağ müharibəsindən sonra minaların partlaması nəticəsində yüzlərlə vətəndaşımız həlak olub, yaralanlar da çoxdur.
Başqa təhlükə də ondan ibarətdir ki, erməni separatçıları işğalda saxladıqları əraziləri silah deposuna çeviriblər, əllərdə və evlərdə xeyli silah və sursat var, torpaq altında da basdırmamış deyillər, vaxtilə torpaqlarımızın işğalı belə başlamışdı.
İndi də ara-sıra Kalaşnikov avtomatlarıyla Şuşaya doğru atəş açırlar. Bu Rusiya hərbi kontingentini narahat etmir, əksinə bölgəyə daha çox silah onların dəstəyi ilə keçirilib.
Gələcəkdə separatçıları tərksilah etməklə yanaşı torpaq altında basdırdıqları silah və sursatı da aşkar etmək vacib olacaq ki, bizə yenə arxadan atəş açmasınlar.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru