Azərbaycan manatı ilə bağlı deyilənlərə PREZİDENT NÖQTƏ QOYDU - "...stabil olaraq qalacaq"

22-05-2023, 18:56           
Azərbaycan manatı ilə bağlı deyilənlərə PREZİDENT NÖQTƏ QOYDU -
Azərbaycan iqtisadiyyatı təbii sərvətlərə əsaslansa da, indi əsas hədəf diversifikasiyadır.

Bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Düşünürəm ki, biz iqtisadiyyatımızı geniş şəkildə şaxələndirə və enerji sektorundan asılılığı azalda biləcəyik, baxmayaraq ki, enerji sektoru bizim enerji təhlükəsizliyimiz üçün, Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynamağa davam edəcək”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın sabit milli valyutası var və bu belə qalacaq: “Bizim çox aşağı xarici borcumuz var, bu bizim ümumdaxili məhsulumuzun 10 faizindən azdır. Bizim stabil milli valyutamız var, 10 ildən çoxdur ki, stabildir və əminəm ki, stabil olaraq qalacaq. Çünki bizim beynəlxalq ticarət dövriyyəmizdə nəzərəçarpan müsbət saldo var və Dövlət Neft Fondumuzda və Milli Bank rezervlərimizdə topladığımız valyuta ehtiyatlarımız bizim xarici borcumuzdan 10 dəfə çoxdur. Beləliklə, bizim iqtisadiyyatımızın stabilliyi regional iqtisadi əməkdaşlıq və investisiya mühiti üçün vacib faktordur”. //APA//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru