Orta Asiya Rusiyadan üz döndərir - 200 il sonra ilk dəfə

23-05-2023, 10:08           
Orta Asiya Rusiyadan üz döndərir -
Onun yerinə Cin ya Türkiyə gəlir...
Pekində Çin və beş Orta Asiya ölkəsinin – keçmiş SSRİ respublikalarının liderlərinin iştirakı ilə
keçirilən sammiti “Vahid taleyi olan Çin-Mərkəzi Asiya birliyinin yaradılması yolunda mühüm
mərhələ” adlandırırlar. Belə formatda bu, tarixdə ilk görüşdür.
Sammitin keçirildiyi yerin seçimi də xüsusi məna daşıyır: dünyanın ən qədim şəhərlərindən biri
olan Sian şəhəri Böyük İpək Yolunun bir aşırımının başladığı yerdir. Məhz “Kəmər və yol” Çin
layihəsinin təşviq edilməsi görüşün rəsmi mövzusudur.
Lakin İsveç akademiki, Rusiya üzrə eksperti Stefan Hedlundun fikrincə, söhbət təkcə tranzit
marşrutlarından deyil, daha çox Rusiyanın bölgədə təsirini itirdiyindən və Çinin onun yerini
tutmağa hazır olduğundan gedir.
Stefan Hedlund, Uppsala Universitetinin professoru:
“İki əsr Orta Asiyada hegemon olan Rusiya ilk dəfə [bu cür bir formatda görüşdən] xaric edildi.
Rusiya bölgədə dostluq bağlantılarını itirərkən, Çin yeni hegemon olmaq fürsətini əldən vermir”.
“Kəmər və Yol” nədir?

Layihə 2013-cü ildə o vaxta qədər mövcud olan strateji konsepsiyaların birləşdirilməsi
nəticəsində yarandı.
Çin iqtisadiyyatı artıq bir neçə ildir inkişaf sürətini azaldır, çünki həm daxili bazar, həm də qərb
ölkələrinin bazarı Çin malları ilə doludur, yeni satış bazarları axtarmaq və onların genişlənməsini
stimullaşdırmaq lazımdır.
Formal olaraq, bu layihə Çinin bütün dünyadaki ölkələrlə tərəfdaşlıq mexanizmi, Çin
məhsullarının ixracı üçün etibarlı magistral yolların yaradılması və tərəfdaş ölkələrin
iqtisadiyyatının gücləndirilməsinə yönəlmiş plandır.
“Yeni İpək Yolu”nun Qərbə bir neçə marşrutu var. Bəziləri Qazaxıstan və Monqolustan vasitəsi ilə
Rusiyanın üzərindən keçir. Lakin Qərb sanksiyaları şəraitində həmin yollar, demək olar ki,
dondurulub.
Cənub yolu variantı isə Orta Asiya ölkələri ilə Xəzərdən, daha sonra ya dəniz yolu ilə, ya da İran
üzərindən keçir. Məhz bu, əsas varianta çevrilir. Sammitə başlamadan əvvəl media
Türkmənistan və Qazaxıstanın limanlarının genişləndirilməsi imkanlarını müzakirə edirdi.
“Yolun Rusiya üzərindən keçən şimal qanadının olacağı gözlənilirdi. Ukraynada müharibə
başlandıqdan sonra o bağlandı. Beləliklə, “Kəmər və Yol” təşəbbüsü tamamilə “orta” marşrutun
ümidinə qaldı; bu, Qazaxıstan və Özbəkistan, Azərbaycan və Türkiyə üçün yaxşı, Rusiya üçünsə
çox pis bir xəbərdir”, – deyə Hedlund bildirir.
Çin və Rusiya toqquşması?
Mərkəzi Asiya ölkələri – keçmiş SSRİ respublikaları – Rusiyanın təsir zonası hesab edilirdi.
Amma Pekində qeyd edirlər ki, bölgə Çin üçün də böyük əhəmiyyət daşıyır. Pekin Mərkəzi
Asiyanı “ÇXR ətrafında yeganə strateji tərəfdaşlıq zonası” elan edib. Qazaxıstanla əməkdaşlığı
isə o, rəsmən “əbədi” adlandırır – müvafiq bəyanatlar 2019-cu ildən səsləndirilir.
Rusiya (və KTMT mexanizmi) müəyyən mənada regionda təhlükəsizliyin təminatçısı idi, burada
ənənəvi iqtisadi əlaqələr də mühüm rol oynayırdı. Lakin Ukraynaya tammiqyaslı hücumdan
sonra Moskvanın bu rolu özündə saxlaya biləcəyi sual altındadır. Görünməmiş sanksiyalarla
üzləşmiş Rusiya iqtisadiyyatı artıq əvvəlki qədər cazibədar deyil.
Həm də Çin, ehtimal ki, perspektivə çalışır:
“Burada nəsillər məsələsi də var. Belə ki, “köhnə qvardiya”ya mənsub Mərkəzi Asiya liderləri
Rusiyada təhsil almışlar, onlar Rusiya ilə əlaqələrə malikdirlər, rusca danışırlar, iqtisadi cəhətdən
Rusiyaya çox bağlıdırlar, – Hedlund izah edir. – Gənc nəsillərdə isə Rusiyaya belə bağlılıq yoxdur.
Əksər hallarda onlar milliyətçidirlər, öz ana dillərində danışırlar, və güman ki, Türkiyənin, habelə
prezident Ərdoğanın pantürkizminə Rusiya ilə əlaqələri qorumaqdan daha çox maraq
göstərirlər”.
Beləliklə, Mərkəzi Asiyada təsir uğrunda Çinin artıq Rusiya ilə deyil, Türkiyə ilə rəqabət aparacağı
güzləniləndir. Mədəni-dini aspektdə Türkiyənin bölgəyə təsir imkanları müsəlmanların, xüsusilə
də uygurların təqib olunmasında ittiham edilən Çindən çoxdur. Amma Çinin maliyyə-iqtisadi
üstünlüyü müqayisəyə gəlmir. Odur ki, Orta Asiya respublikalarının tarazlaşdırma siyasəti
yürüdərək heç kimin təsir zonasına düşməyəcəyi də istisna deyil.
“Mərkəzi Asiya ölkələrinin, xüsusən də Qazaxıstan və Özbəkistanın öz oyunlarını oynamağa
çalışacaqları və bunu bacaracaqları mümkün ssenarilərdən biridir, – Hedlund söyləyir. – Mən
burada beş region liderindən dördünün Moskvadakı Qələbə Paradına getməsi faktını nəzərdə
tuturam. Onlar hərəyə doğru bir addım atırlar, ehtimal ki, hansı həddə qədər özlərini müstəqil
apara biləcəklərini, heç kimlə münaqişəyə girmədən Çin və Türkiyə ilə oynamağı bacarıbbacarmayacaqlarını yoxlamaq istəyirlər.
Sanksiyaların təsiri
Mərkəzi Asiya, Moskva üçün sanksiyalardan yan keçmək üçün yollardan biridir. 2022-ci ildə
Mərkəzi Asiya respublikaları həm Rusiya ilə ticarət dövriyyəsini, həm də Qərbdən malların
idxalını eyni dərəcədə genişləndiriblər. Wall Street Journal-a görə, hər iki göstərici təxminən
ikiqat artıb.
Avropa İttifaqının yeni, 11-ci paketi, ehtimal ki, Rusiyanın sanksiyalardan yan keçməsinə kömək
edən üçüncü ölkələrə qarşı da yönələcək. sanksiyaları əhatə edəcək – xüsusilə də qadağan
olunmuş malların yenidən ixracı yolu ilə. Bu siyahıda Sianda toplaşan ölkələrin, o cümlədən,
Çinin özünün şirkətlərinin adları var.
Əlbəttə ki, Siandakı görüşdə tərəflər bu məsələni müzakirə edəcəklər.
Pekinin Rusiyaya qarşı Qərb sanksiyalarına ikiqat münasibəti mövcuddur. Siyasi səviyyədə
addımlar, rəhbər şəxslərin bəyanatları Çinin faktiki olaraq Rusiyanı dəstəklədiyi təəssüratı
yaradır.
Ancaq əməldə Cinin iş adamları Qərbin tərəfini seçirlər. Çin texnoloji cəhətdən ABS-dan çox
asılıdır. Ekspertlər Çinin Moskvanın xatirinə Vaşinqtonla münasibətlərini pisləşdirməyə hazır
olduğuna şübhə ilə yanaşırlar. Çinin özünün indiki hərəkətləri də belə düşünməyə heç bir əsas
vermir.
Rusiya regionda təsirini qoruya bilərmi?
Stefan Hedlundun fikrincə, Rusiyaya ətrafda baş verənləri sadəcə izləməkdən başqa heç nə
qalmır:
“Məncə, bu, Vladimir Putinin 2012-ci ildə Vladivostokdakı görüşdə elan etdiyi “Şərqə
dönüş”ünün sonudur. O zaman Putin demişdi ki, məqsəd – rus iqtisadiyyatının yelkəninə əsən
Çin küləyini tutmaqdır. İndi rus iqtisadiyyatı açıq, küləksiz dənizdə qalıb. Çin isə heç kimə havayı
“borc” vermir. Rusiya “Çin dərsi”ni öyrənə bilmədi, Çin isə “Rusiya dərsi”ndən lazımi nəticələr
çıxardı. Çinin dünyada yeganə marağı onun özüdür”.
Mənbə: Euronews
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.