1975-ci il xəritəsi: Ermənistan hansı əraziləri qaytaracaq?

23-05-2023, 14:54           
1975-ci il xəritəsi:
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin SSRİ Baş Qərargahının 1975-ci il xəritələri əsasında həyata keçirilə biləcəyini açıqlayıb.

“Düşünürəm ki, 1975-ci ilin xəritəsi gələcək demarkasiya işləri üçün əsas ola bilər və olmalıdır, çünki demarkasiya ilə bağlı 2022-ci il oktyabrın 6-da Almatı bəyannaməsi əsasında Praqada əldə edilmiş razılaşmalar bunu nəzərdə tutur”, - baş nazir bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Erməni kartoqraf Ruben Qalçyanın sözlərinə görə, SSRİ Baş Qərargahının çoxlu xəritələri var, onların bir çoxu nəşr olunub.

Xəritələr 1973-1981-ci illərdə yayımlanıb. Qalçyan güman edir ki, Paşinyan bu sərhədlərdən danışır.

Onun sözlərinə görə, Ermənistan-Gürcüstan dövlətlərarası yolunun keçdiyi Qazaxın 7 və Naxçıvanın Kərki kəndi Ermənistanın 29.8 min kvadratkilometr ərazisinə daxil deyil. Bundan başqa, Qalçyan qeyd edir ki, həmin xəritələrdə Gorus-Qafan yolunun bir hissəsi də Azərbaycan ərazisindən keçir. Artıq Azərbaycan həmin yola nəzarəti bərpa edib.

“70-ci illərin və ya Paşinyanın dediyi kimi, 1975-ci ilin xəritələri əsasında demarkasiya işlərinin aparılması və həmin xəritələr əsasında qoşunların “güzgü effekti” ilə çıxarılması anklavların geri qaytarılması deməkdir”, - kartoqraf söyləyib.

Qarabağa gəldikdə, bütün xəritələrdə həmişə Azərbaycan ərazisi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.