Bu gün Moskvada saziş imzalana bilər?

25-05-2023, 09:13           
Bu gün Moskvada saziş imzalana bilər?
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdikdən sonra sülh sazişinin imzalanması ehtimalı artıb. Ancaq bu saziş Moskvada imzalanmayacaq.

Bu sözləri politoloq Elxan Şahinoğlu 25 mayda Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin gözlənilən üçtərəfli görüşü barədə qeyd edib.

O bildirib ki, Əliyev və Paşinyan yaxın aylarla müxtəlif şəhərlərdə görüşərək müzakirələri davam etdirəcəklər:

“Sülh sazişinin hansı ölkədə imzalanacağıyla bağlı Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək. Ən optimal variant kimi sülh sazişinin Cənubi Qafqazın üçüncü ölkəsinin paytaxtı Tiflisdə imzalanması faydalı olardı və buna bir-biri ilə rəqabət aparan böyük oyunçular da etiraz etməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru