“Putinin aşpazı” Rusiyanı çalxaladı – Açıqlaması bir anda gündəmi dəyişdi

25-05-2023, 12:49           
“Putinin aşpazı” Rusiyanı çalxaladı –
Baxmutda rus qoşunlarının itkiləri haqda açıqlanan məlumatlar Rusiyanın informasiya məkanında şəhərin ələ keçirilməsi ilə bağlı yaranmış müsbət atmosferini boğub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Hərbiyönlü informasiya məkanı sadəcə Rusiyanın Baxmutdakı itkiləri ilə bağlı müzakirələrə yer ayırmağa başlayıb. Müzakirələri müsahibələrindən birində itkilər haqda danışan “Vaqner” lideri Yevgeni Priqojin alovlandırıb. Priqojinin dediyinə görə, təkcə “Vaqner” Baxmutda 20 min döyüşçüsünü itirib.

“Vaqner” liderinin açıqlaması Rusiyanın informasiya məkanında Baxmutun işğalı ilə bağlı “qələbə atmosferi”ni boğub. Bu, mediada yeni gərginlik nöqtəsinə çevrilib. Beləliklə, Priqojin Rusiya Müdafiə Nazirliyini Baxmutla bağlı informasiya qələbəsindən məhrum etməyə müvəffəq olub. “Vaqner” liderinin Rusiyanın gündəmində yaratdığı gərginlik budur: az qazanc naminə böyük itki.

ISW iddia edir ki, Priqojin bu məsələdən istifadə edərək Rusiyanın hərbi-siyasi elitasına hücumlarını gücləndirmək üçün istifadə edəcək. Bu məqsədlə Baxmutun tutulmasını “Vaqner”in adına yazmağa çalışır.

Yevgeni Priqojin Rusiyanın hərbi-siyasi dairələrində “Putinin aşpazı” ləqəbi ilə tanınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.