Azercell yenidən özəlləşdirməyə çıxarılmaq üçün artıq hazırdı

26-05-2023, 10:14           
Azercell yenidən özəlləşdirməyə çıxarılmaq üçün artıq hazırdı
Dövlət şirkətinə çevrilməsinin 5 ili tamam olan Azercell gəlirlərini və xərclərini açıqlayıb
Azercell bir müddət öncə ötən ilin yekun hesabatını tədim edərkən gəlir və mənfəətini açıqlamamışdı.
Bu dəfə bəzi ictimai əhəmiyyət kəsb edən məlumatlar təqdim edilməsə də, Azercell bir xeyli əhəmiyyətli məqamları açıqlayıb.
Açıqlanan məlumata görə Azercell -in 2022-ci ildə 128 milyon 839 min manat xalis mənfəəti olub.
Müqayisə üçün qeyd etmək olar ki, şirkət 2021-ci ili 121 milyon 175 min manat xalis mənfəət ilə bağlamışdı.
Artım təxminən 6.3% olub.
Yeri gəlmişkən, müqayisə üçün qonşu ölkələrin bəzi mobil operatorlarının uyğun hesabatlarına baxdıqda görmək olar ki, mənfəət artımı 2-3 dəfə çox olub.
Azercell-in aktivləri də artıq 1 milyardı keçib.
Necə deyərlər, Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan bu dövlət şirkəti yenidən özəlləşdirməyə çıxarılmaq üçün artıq hazırdı
Xatırladıram ki, Azercell Azərbaycanın mobil sektorunda ən yüksək paya, 48%-dən çox paya sahibdir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.