Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll yaradıla bilməzmi ? q

20-07-2023, 10:04           
Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll yaradıla bilməzmi ?
Görünən odur ki, DGK cari işlərə daha çox zaman sərf edir
Uzun illərdi ki, DGK-da malın gömrük dəyərini müəyyən etmək problemli və əsas narazılıq doğuran məsələ olub.
İndi də belədir. İdxal ilə məşğul olan sahibkarlar bəzən Çindən gətirdikləri malın az qala yarısı qədər gömrük ödənişinin edilməsi ilə üzləşdiklərini bildirirlər.
Onlar iddia edirlər ki, gömrük orqanları idxal edilmiş mallara olduğundan daha böyük gömrük dəyəri müəyyən edirlər.
Gömrük dəyərinin hesablanması üçün ağlabatan bir üsul indiyədək ortada yoxdur.
Xatırlayıram ki, DGK -da əvvəllər bununla bağlı nəhəng bir departament də yaratmışdılar. Amma normal bir mexanizm ortaya çıxmadı.
DGK indiyədək bir xeyli faydalı rəqəmsal həllər və elektron xidmətlər formalaşdırıb.
Smart Customs bir çox problemlərin anında həll olunmasına kömək edir.
Amma malın gömrük dəyərinin müəyyən edilməsi üçün daha effektiv olan rəqəmsal həll formalaşdırmağa nədənsə diqqət yetirilməyib.
Ötən günlər DGK bu quruma olan müraciətlərlə bağlı bir məlumat paylaşıb.
Bu statistikadan görsənir ki, DGK-ya olan müraciətlərin az qala yarısı fiziki şəxslərin "İMEİ kodlar problemi" və "Karqo problemi" ilə, yəni vətəndaşların şəxsi məqsəd üçün gətirdikləri mallarla bağlı olub.
Yəni, bu nəhənglikdə dövlət xidmətinə olan müraciətlər əsasən fiziki şəxslərin bəyanetməsi ilə bağlı olub.
Düşünürəm ki, burada nəsə doğru deyil.
Hazırda bu sektorda aparılan islahatlar, gömrük xidmətində struktur dəyişiklikləri, bu sektordakı strateji hədəflər daha çevik və effektiv mexanizmlərin yaradılmasını şərtləndirir .
Beynəlxalq təcrübəyə nəzər salanda görmək mümkündür ki, bu tip məsələlər tam rəqəmsallaşıb.
İndi hökumət gömrük dəyəri ilə bağlı yeni Qaydalar hazırlayır.
Ümid edirəm DGK-nın yeni rəhbərliyi də uzun illərdən bəri mövcud olan bu problemin, malın gömrük dəyərinin qısa zamanda müəyyən edilməsi üçün ağlabatan bir mexanizm, rəqəmsal bir resurs formalaşdıra biləcək.
Fikrimcə, gömrük xidmətində resurslar cari xarakterli işlərə deyil, gömrük proseslərinin rəqəmsal transformasiyasına yönəldilməlidir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.