Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 17:06

Azərbaycanda hər il bir neçə milyard manata çatın dövlət satınalmaları təkcə iri tenderlərdən ibarət deyil.
FED.az-ın kiçik araşdırması göstərir ki, məbləğcə kiçik am ma sayı böyük olan tenderlərin əksəriyyəti nisbətən aşağı məbləğlidir. Dövlət satınalmiaları içərisində hətta 15-20 manatlıq alışlar da var. Bu ilk baxışdan absurd səslənsə də, qanunun tələbidir və təsdiqlənmiş prosedura vuyğun keçirilir.
Araşdırma göstərir ki, 2024-cü ildə Azərbaycanda dəyəri 20 manata qədər olan 52 tender (kotirovka və sair – hamısı birlikdə) keçirilib, onların ümumi məbləği 749,87 manat təşkil edib.
FED.az xəbər verir ki, belə tenderlərdə ən çox qalib gələn şirkət “Qala Həyat” Sığorta ASC olub. Məsələ bundadır ki, ölkədə həyat sığotası ilə bağlı tələblər var – qanuna görə işləyənlərin hamısı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən sığortalanmalıdır. İşçi ayı az olan kollektivlərdə bu səbəbdən bəzən məcbur olub 1-12 nəfərin sığortası üçün də tender keçirmək tələb olunur.
Bu tenderlərdə qalib gələn “Qala Həyat” Sığorta ASC müxtəlif rayon və kənd icra nümayəndəlikləri ilə ümumilikdə 14 müqavilə imzalayıb və bu müqavilələrin ümumi dəyəri 219,47 manat təşkil edib.
Qeyd edək ki, “Qala Həyat” Sığorta ASC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 13 milyon 41 min 600 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Talibov Talib oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5A-da yerləşir.
FED.az xəbər verir ki, kiçik məbləğli sığorta müqavilələri mövzusunda “Qala Həyat” Sığorta ASC tək deyil. Onu «Paşa Holdinq»ə məxsus sığorta şirkətləri izləyir. “Paşa Sığorta” ASC şirkəti Neftçala rayonunda müxtəlif inzibati ərazi nümayəndəlikləri ilə 6 müqavilə bağlayaraq 99,36 manatlıq tenderlərdə qalib gəlib.
Qeyd edək ki, “Paşa Sığorta” ASC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 milyon manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Niyaz İsmayılov Rövşən oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, ev 170-də yerləşir.
“Paşa Həyat” Sığorta ASC isə müxtəlif rayonlarda 6 tender udub, şirkətin müqavilələrinin ümumi məbləği 94,76 manat olub.
Qeyd edək ki, “Paşa Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 40 milyon 250 min manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Ülviyyə Cabbarova Kərim qızıdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, ev 170-də yerləşir.
Daha sonra “Atəşgah Həyat” Sığorta şirkəti ASC gəlir. Bu şirkət Qax rayonunda 3 tender qazanaraq 49,68 manatlıq müqavilələr imzalayıb.
Qeyd edək ki, “Atəşgah Həyat” Sığorta şirkəti ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 6 milyon 500 min manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Azər Əliyev Əmiraslan oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 90A, mənzil 30-da yerləşir.
FED.az xəbər verir ki, siyahıda növbəti sırada “Xalq Həyat Sığorta” ASC yer alır. Şirkət Göyçay rayonunda 2 müqavilə bağlayıb və ümumilikdə 33,12 manatlıq tenderlərdə qalib olub.
Qeyd edək ki, “Xalq Həyat Sığorta” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 15 milyon manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Əfəndiyev Oqtay oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 22L, məhəllə 494-da yerləşir.
Digər tender qalibləri sırasında Dövlət İmtahan Mərkəzi də var. Bu qurum Hacıqabul və Biləsuvar rayon icra hakimiyyətləri ilə 2 müqavilə imzalayaraq 30 manatlıq xidmət göstərib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 1 milyon manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Məleykə Abbaszadə Mehdi qızıdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev, ev 299-da yerləşir.
“Aztelekom” MMC isə Pirallahı və Xızı rayonlarında 2 tender udub və 27,35 manat dəyərində müqavilələr bağlayıb.
Qeyd edək ki, “Aztelekom” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 43 milyon 150 min 687 manat 60 qəpik təşkil edir. Şirkətin qanuni təmsilçisi Həsən Ömərov Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 107-da yerləşir.
FED.az xəbər verir ki, “NBA Technologies International” MMC səhiyyə müəssisələri ilə 2 müqavilə imzalayıb və bunun müqabilində 17,44 manatlıq tenderlərin qalibi olub.
Qeyd edək ki, “NBA Technologies International” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Elnur Məmmədov Ərzuman oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev, ev 1131, Babək Plaza, Blok C, 17-ci mərtəbədə yerləşir.
“Azpetrol” MMC də təhsil müəssisələri ilə əməkdaşlıq edərək 2 tender udub və 2,10 manatlıq müqavilə imzalayıb.
Qeyd edək ki, “Azpetrol” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 779 min 107 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Məmmədov Əhməd oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala, ev 37-də yerləşir.