İlk dəfə olaraq insan dərisini tamamilə təqlid edən dəri nümunələri yetişdirildi

Bu gün, 16:58           
İlk dəfə olaraq insan dərisini tamamilə təqlid edən dəri nümunələri yetişdirildi
Kvinslend Universiteti yanında Freyzer İnstitutunun laboratoriyasından olan avstraliyalı alimlər ilk dəfə olaraq insan dərisini tamamilə təqlid edən dəri nümunələri yetişdiriblər.
ABC yayım korporasiyası xəbər verir ki, bu, nadir genetik dəri xəstəliklərinin müalicəsində kömək edə bilər.

Freyzer İnstitutunun direktoru Kiyaraş Xosrotehrani deyib:

"İnanırıq ki, indi bizim qarşımızda xəstə uşaqları olan çoxlu sayda valideynlərə zərər verən bir sıra nadir xəstəliklərin yeni müalicə üsullarını tapmaq üçün yeni imkanlar açılır".

ABC-nin məlumatına görə, isti iqlimi ilə seçilən Kvinslend ştatı dünyada dəri xərçəngi hallarının sayına görə birinci yeri tutur və hər il 3600-dən çox insana melanoma diaqnozu qoyulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru