Prezident: "Azad edilmiş ərazilərdə şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq"

21-07-2023, 20:22           
Prezident: "Azad edilmiş ərazilərdə şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq"
Prezident: "Azad edilmiş ərazilərdə şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq"
"İşğaldan əziyyət çəkən bir milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

"Hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq. Laçın şəhərinin timsalında deyə bilərəm ki, cəmi səkkiz ay ərzində Laçın şəhəri tamamilə yenidən quruldu və bu gün orada 700-dən çox ailə üçün şərait - həm fərdi evlər, həm çoxmənzilli evlər var. Sentyabrın 15-dək məktəb də, uşaq bağçası da, xəstəxana da hazır olacaq. Digər sosial obyektlər də inşa edilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.