Bunlar varkən, Qərbdə səsimizin zəif çıxması anlaşılan deyil.

12-08-2023, 09:53           
Bunlar varkən, Qərbdə səsimizin zəif çıxması anlaşılan deyil.
Erməni təbliğatına və Qərbdə ona dəstək verənlərə qarşı əlimizdə çoxlu arqument var, sadəcə onlardan kifayət qədər istifadə edə bilmirik.
Misal üçün Ukrayna Qərb üçün ən həssas və vacib mövzulardandır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı rəsmi Kiyevin, o cümlədən prezident Volodimir Zelenskinin yardım xahişlərinə müsbət cavab verib. Prezident İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında sərəncam imzalayıb.
Yaxın vaxtlarda Azərbaycandan Ukraynaya yenidən generator və transformatorlar çatdırılacaq. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək. Azərbaycan müharibədə zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasını həyata keçirir.
Bunlardan hansı birini Ermənistan Qərbin dəstəklədiyi Ukrayna üçün edir? Ermənistandakı siyasi qüvvələr və Qarabağdakı separatçılar Rusiyanın qorxusundan Ukraynanın adını çəkməyi belə çəkinirlər. Bunlar varkən, Qərbdə səsimizin zəif çıxması anlaşılan deyil.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.