İlıq dəniz dəhşətli istidən pisdir. Dünya okeanının birdən qızması alimləri təşvişə salıb

14-08-2023, 10:04           
İlıq dəniz dəhşətli istidən pisdir. Dünya okeanının birdən qızması alimləri təşvişə salıb
2023-cü il iyulunun tarixdə ən isti ay olacağı haqqında xəbərlər insanları təşvişə salıb, alimləri isə yox. Günün istisi onların iqlim modelləri ilə tamamilə uzlaşmışdı, lakin okeanlarla bağlı bunu demək mümkün deyil. Dənizin dibi az qala hər gün həyəcanlı xəbərlər verir.

Atlantika isti vanna temperaturunadək qızdı. Antarktika Argentina ölçüsündə buz parçasını itirdi. Yeni modellər isə Qolfstrimin, əvvəllər düşünüldüyü kimi, gələn əsrdə deyil, çox ehtimal ki, artıq cari əsrin ortalarında dayanacağını vəd edir, bu isə Avropada iqlim böhranı doğura bilər.
İyul anomaliyasının iki səbəbi məlumdur: İnsanın səbəb olduğu qlobal istiləşmə və güclənməkdə olan Sakit okeanın səthinin qızmasının fenomeni El Nino.

İki iyul müşahidəsi isə alimləri narahat edir, çünki potensial isinmənin sürətlənə biləcəyinə işarə edir və indiki proqnozları və o cümlədən təbii kataklizmlərin səbəbləri və nəticələrinin yumşaldılmasına dair bəyan edilmiş planların adekvatlığını şübhə altına qoyur.

Hər iki həyəcanlandıran fakt iqlim üçün önəmli əhəmiyyət kəsb edən okeanla bağlıdır, çünki Yer səthinin 70 faizini örtür və son onilliklərdə qlobal istiləşmənin 90 faizini özünə çəkib. Cəmi bir neçə on metr dərinliyində bütün Yer atmosferində olduğu qədər istilik saxlanır.

Okeanın temperaturu nə qədər artırsa, onun enerji hopdurmaq və planet üzərində temperatur artımını əngəlləmək qabiliyyəti bir o qədər aşağı düşür.

Və burada yaxşı xəbər yoxdur: NASA-nın məlumatlarına görə, son onillik ərzində suyun temperaturu azından 200 il üçün rekord səviyyədə, 2022-ci ildə isə bütün müşahidə tarixində ən isti olub.
Birinci fakt: Artıq üç aydır ki, dəniz səthinin orta temperaturu planetdə ilin bu zamanı üçün əvvəlkilərdən xeyli yüksəkdir. Bu, əsasən ona görədir ki, 2023-cü ildə iyul tarixdə ən isti ay olacaq, Dünya Meteorologiya Təşkilatı xəbərdar edirdi.

İkinci fakt: Arktika və Antarktikada okeanın əks etdirən buz örtüyü səthinin həcmi azalır və deməli, okean da sürətlə qızır, bütövlüklə planet də. İyulda arktik dəniz buzunun sahəsi peyk müşahidələri başlanandan bəri ən balaca olub. Bu arada Arktikada buz öz adi sürətilə əriməkdə davam edir.

İstiləşməni dayandırmaq üçün dünya istixana qazlarının havaya tullanmasını azaltmaq razılığına gəlib. Lakin əgər hətta onlar dərhal neytrallaşdırılsa belə, artıq atmosferdə yığılmış qazlar kifayətdir ki, nəticələri, min illərlə olmasa da, bir neçə yüz il ərzində hiss olunsun – ilk növbədə, bu, temperatura və okean səviyyəsinə, eləcə də buz qabığına aiddir.

Lakin əgər tullantılar ixtisar edilməzsə və səma indiki templərlə hislənərsə, iqlim qiyaməti nəinki qaçılmazdır – o, yaxın keçmişdə düşünüldüyündən də xeyli tez başlaya bilər, danimarkalı alimlər xəbərdarlıq edib.

Qolfstrim nə vaxt dayanacaq?
Suyun Atlantik dənizdə dövriyyəsi planetin bu hissəsinin iqlimini müəyyən edir, lakin qlobal iqlim dəyişikliyi, öz növbəsində, isti səth sularının Karib dənizindən Avropa sahillərinə və soyuq səthaltı suların əks istiqamətdə cənuba cərəyan etmə sürətinə təsir edir.

Alimlər bu okean konveyerini Amoc (Atlantic Meridional Overturning Circulation) adlandırırlar, geniş kütlənin qulağına çatan isə onun başlıca elementi – Qolfstrim cərəyanıdır.

Onun sayəsində Avropanın şimal-qərbində, ilk növbədə Britaniya adalarında, iqlim qitənin eyni paralellərində olduğundan daha mülayimdir. Berlin və ya Kiyevdən fərqli olaraq, Londonda uzunçəkən şaxtalı və qarlı qış olmur, çəmənliklər həmişə yaşıl, tropik bitkilər isə özlərini evlərində kimi hiss edirlər.

Ümumiyyətlə son illər Qolfstrimin və Amoc-un zəifləməsi haqqında alimlər dəfələrlə xəbərdarlıq ediblər. Ancaq Hökumətlərarası İqlim Dəyişmə Qrupunda toplanmış dünya ekspertlərinin rəyləri göstərir ki, cari 21-ci əsrdə kollaps olmayacaq.

Danimarka alimləri onların modellərini yoxlayıb, qənaətə gəliblər ki, əvvəlki proqnozlar natamam məlumatlara əsaslanıbmış, çünki cərəyanların tamdəyərli ölçmələri 2004-cü ildə başlayıb və planetin rekord sürətlə qızmasına dair ən təzə məlumatları nəzərə almayıblar.

Onların məlumatlarına görə, hər şey daha da pisdir, Atlantikada dövretmə proqnozlardan daha tez zəifləyir və artıq bu əsrdə dayanacaq. Danimarkalılar 95 faiz əmindirlər ki, kollaps haradasa 2025-2095-ci illər arasında baş tutacaq, və yəqin ki, əsasən 2050-lərdə baş verəcək.

Onların "Nature Communications"-da dərc olunmuş tədqiqatında deyilir ki, Atlantik cərəyanlar sistemi dönüş məqamına yaxınlaşıb, hansı ki, bundan sonra sonra o, yeni normaya düşəcək. Bu norma istər kontinentin şimalında, istərsə də cənubunda avropalıların xoşuna gəlməyəcək.

Avropanın şimal-qərbidə iqlim - qışı sərt, yayı quraqlıq – kəskin kontinental olacaq. Cənubda qapanmış isti və rütubətli hava kütlələri isə mussonlara və tropiklərdə yağıntının intensivliyinə təsir edəcək.

Atlantik okeanda Amoc-ın dövretməsinin yavaşımasını alimlər qlobal istiləşmə ilə əlaqələndirirlər. Bu, Arktikada buzların əriməsini sürətləndirir, duzsuz (şirin) su şimal dənizlərinin duzluluğunu azaldaraq, soyumuş səthi suların dərinə batması və onların əks istiqamətdə cənuba səthaltı cərəyanın intensivliyini azaldır.

Digər tərəfdən, planet üzərində ümumi istiləşmə tropik suların arktik soyudulma prosesini yubadır, onunla bağlı küləklərin zəifləməsi isə isti Atlantik cərəyanların əks istiqamətdə sürətini azaldır.

Bu anomaliyanın bəzi əlamətlərini alımlər son üç ayda qeyd edirlər. Dünya okeanı qızır, lakin onun bir hissəsi xüsusilə seçilir.

İsti okean
“Şimali Atlantikada suyun temperaturu indiyədək görülməmiş həddədir və ciddi narahatlıq doğurur. O, bizim modellərin proqnozlaşdırdığından çox yüksəkdir. Bu, ekosistemlərə də, balıqçılığa da, havaya da öz təsirini göstərəcək”, - Dünya Meteorologiya Təşkilatı (DMT) iqlim tədqiqatları şöbəsinin başçısı Mike Sparrow deyib.

Ən qəribəsi odur ki, Atlantik okeanı, Sakit okeandan El Nino-nun gəlişini gözləmədən istiləşib.

“Şimali Atlantikadakı istiliyin səbəbi atmosferdə qısamüddətli anomal cərəyanla okeandakı uzunmüddətli dəyişikliklərdir”, - DMT Copernicus Avropa İqlim Dəyişikliyi Xidmətinin rəyini təqdim edir.

“Hesab olunur ki, bu, Sakit okeanın tropik hissəsində yenicə formalaşmağa başlayan El Niño ilə heç cür bağlı deyil və gözlənildiyi kimi, temperatura bu il daha gec və 2024-cü ildə təsir edəcək”, - BMT meteoroloqları qeyd edirlər.

İyulda Atlantik okeanda isti vannalar qəbul etmək mümkün idi. Florida sahillərində su ilk dəfə idi ki, 38,4°C qədər qızmışdı. Aralıq dənizinin qərb hissəsində suyun temperaturu normadan az qala 5 dərəcə yuxarı - 30°C olub.

Əriyən buz
Havanın temperaturu buzların əriməsini sürətləndirir.

Son illər Arktika planetin digər yerlərindən dörd dəfə tez qızır və alimlər çoxdan vəd edirlər ki, 2050-ci ilin sonun kimi heç olmazsa bir dəfə Arktikada buz yayın sonunadək tamamilə əriyəcək.

Çətin ki, bu indi baş verə, çünki 2023-cü ildə isti şimala çatmayıb. Ancaq əks qütbdə qəribə bir şey baş verir.

Adətən, Antarktik dənizinin buzu fevral-mart ayları arasında nadirinə çatır, sonra isə təxminən yarım il yenidən “yetişir”. Bu ilin fevralında onun sahəsi ən kiçik olub, iyulun ortalarında isə Antarktika Argentina ölçüsündə bir buz parçasını itirib.

Amerika Milli Qar və Buz Data Mərkəzi Təşkilatının məlumatlarına görə, iyulun ortalarında Antarktik dəniz buzunun sahəsi 1981-ci ildən 2010-cu ilədək müddətdə buzun orta hesabla sahəsindən 1,3 milyon kvadrat metr kiçik olub.

Antarktida sahilləri yaxınlığında təxminən yarım əsrlik peyk müşahidələri əsasında prosesi iki dəqiq dövrə bölmək olar: 1978-dən 2015-ci ilədək onun sahəsi ləng, lakin böyüyürdü, 2016-cı ildən isə birdən azalmağa başlayıb.

“2022 və 2023-cü il hadisələri böyük diqqət cəlb edib. Bir çox yaxın keçmişdə edilən araşdırmaları okeanın yuxarı qatında şəraitin dəyişməsinə işarə edir. Bu qata şimaldan isti su qarışır və okeanın stratifikasiyasını (laylara ayrılma) artırır”, - NSIDC tədqiqadçıları yazırlar.

Böyük su kütlələrinin əmələ gəlməsinin səbəbləri arasında küləklərin yavaşıması, eləcə də Sakit okeanda El Nino-nun formalaşması və atmosferin istiləşməsi göstərilir.

Qəribə, lakin qeyri-tənqidi
2023-cü ilin iyulu iqlim apokalipsisin yaxınlaşması proqnozları ilə zəngin idi, çünki həm quruda, həm dənizdə temperatur rekord vurmuşdu.

“Şimali Amerika, Asiya, Afrika və Avropa sakinlərinin böyük bir qismi üçün bu – dəhşətli yaydır. Bütövlüklə planet üçün – bədbəxt hadisədir, - bu günlərdə BMT baş katibi António Guterres deyib. – Hər şey tamamilə proqnozlara və dönə-dönə edilən xəbərdarlıqlara uyğun inkişaf edir. Yeganə sürpriz – dəyişikliklərin sürətidir“.

Doğrusu, hələ heç bir rekord qırılmayıb – Dünya Meteorologiya Təşkilatı onları ümumi ekstremal hava olaylar arxivinə toplayır və orada 2023-cü ilə rast gəlinmir.

Doğrusu, rekordlar uzun müddət yoxlanılır və məsələn, yalnız bu yaxınlarda DMT 48,8°C təşkil edən yeni Avropa maksimumunun 11 avqust 2021-ci ildə Siciliyada qeydə alındığını təsdiq edib. Bu, hələ məlumatlar bazasında yoxdur, orada əvvəlki kimi, Afinada 10 iyul 1977-ci ildə qeydə alınan 48,0°C qeyd olunub.

Lakin DMT meteoroloqları deyirlər ki, 2021-ci ilin rekordu rəsmiləşənə kimi Yeni rekord vurula bilər.

Lakin bu təşvişi bütün siyasətçilər və fəallar bölüşmür.

“Baxmayaraq ki, okeanın rekord temperaturları 2023-cü ilin iyulunda iqlim modellərinin orta göstəricisini xeyli üstələyir, demək olmaz ki, onlar gözləniləndən pisdir, xüsusilə El Nino nəzərə alındıqda”, - Breakthrough Institutundan Zeke Hausfather qeyd edir.

Tək okeanlar deyil, havanın hərarəti də iyulda alimlərin gözlədiyi çərçivə daxilində idi, o əlavə edir.
Hausfather – Hökumətlərarası İqlim Dəyişmə Qrupunun üzvüdür. Qrup bir neçə ildən bir planetin iqlim dispanserləşdirilməsini keçirir. Onun hesabatları dünya birliyi tərəfindən tanınmış iqlim dəyişikliyi vəziyyətinin qiymətləndirmə etalonudur.

CMIP6 kimi məlum olan indiki qiymətləndirməni 40 iqlim modelləri əsasında keçirirlər. Hazırda planetdə nə baş verirsə, çox dəqiq həmin proqnozlarla uyğunlaşır, Hausfather yazır.

2023-cü ilin isti yayı hələ heç bir xoşagəlməz sürpriz və “qara qu quşları” gətirməyib. Kiçik bir istisna ilə - Atlantik okeanının şimal hissəsində temperaturlar proqnozun ekstremal yuxarı həddinə çatmışdı.

“İqlim modellərinin bu yayın ekstremal hava hadisələrinin (əksər hallarda) qabaqcadan təsvir etməsi faktı, son hesabla, - yaxşı xəbərdir. Hələ ki, nəticəsi istiləşmənin sürətlənməsi olacaq hər hansı dönüş məqamı yaşadığımıza işarə edən bir şey yoxdur”, - Hausfather əmindir.

Başqa məsələdir ki, bu modellər gələcəkdə kataklizm haqqında xəbər verirlər. Onların (proqnozların) dəqiqliyi – zəif təsəllidir, o yalnız sübut edir ki, elm insanın iqlimə təsirinin nəticələrini dəqiq müəyyən etməyi öyrənib.

“Milyonlarla adam iyulda ekstremal hava hadisələrindən zərər çəkib. Təəssüf ki, bu, dəyişilən iqlimin acı reallığıdır və gələcəkdə bizi nəyin gözlədiyinə işarədir”, - Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas iyulun son günlərində deyib.

“Parnik tullantılarının ixtisar edilməsinin zəruriliyi heç vaxt olmadığı qədər aktualdır. İqlim dəyişməsi ilə mübarizə dəbdəbə deyil, zərurətdir”, - BMT-nin baş meteoroloqu deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.