Türkmənistan və İran Azərbaycana təbii qaz tədarükünü sutkada 10 milyon kubmetrədək artıracaq

14-08-2023, 10:53           
Türkmənistan və İran Azərbaycana təbii qaz tədarükünü sutkada 10 milyon kubmetrədək artıracaq
Türkmənistan və İran Azərbaycana təbii qaz tədarükünü sutkada 10 milyon kubmetrədək sınaqdan keçirib.

Bu barədə Türkmənistan mediası İranın Milli Qaz Şirkətinin baş direktoru Məcid Çeqaniyə istinadən məlumat yayıb.

Çeqaninin sözlərinə görə, hazırda gündəlik qaz tədarükü sutkada 4,5 milyon kubmetrdən 8 milyon kubmetrədək artırılıb, bundan əlavə, 10 milyon kubmetr türkmən qazının sutkalıq sınaq tədarükü uğurla həyata keçirilib.

Qaz şirkətinin baş direktoru vurğulayıb ki, gələcəkdə Türkmənistandan qaz idxalının həcminin artırılması planlaşdırılır.

2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş imzalanıb.

Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edir.

İranın neft naziri Cavad Ovci 2022-ci il yanvarın 3-də bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb.

"İran gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində Türkmənistandan təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil verir”, nazir qeyd edib.
amerikaninsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru