Müharibə qaçılmazdır və dəhşətli olacaq: Çünki düşmən tək erməni deyil...

8-09-2023, 19:16           
Müharibə qaçılmazdır və dəhşətli olacaq:
Ermənilər bilmirəm bizim guya gözümüzü qırır, ya doğrudan elədir, amma 12 min vaqner döyüşçüsünün hazırda Ermənistanda olduğu deyilir. Hazırda sosial şəbəkələrin erməni seqmenti bu xəbəri paylaşaraq məqsədin tək Paşinyanın devrilməsini təmin etmək olacağını iddia edirlər.
Guya 2-3 min vaqnerçi əvvəllər də orda olub.. Buna şübhəm yoxdu. Çünki 2020-ci ildə 44 günlük müharibədə iştirakları təsdiqlənib. Putinin Ermənistanı saxlamaq, əl ağacı kimi istifadə etmək prinsipi öz əlində deyil ki, Ermənistanda xaos yaratsın, qarisiqlıq salsın. Bu ideya lənətə gəlmiş I Pyotrun əmridi, vəsiyyətidir. O səbəbdən də Ermənistan yaşamalı və inkişaf etməlidir. Yəni 12 min vaqnerci bu gün Ermənistandadirsa, əmin olun bu Pasinyanı devirmək üçün deyil!
12 min vaqnerçinin Ermənistanda olmasına , Ermənistanın paytaxtı İrəvandan böyük hərbi karvan Azərbaycanla şərti sərhədə doğru irəlilədiyini isə erməni blogerlər görüntülərlə yayıblar.
Üstəlik yayılan məlumatlara görə, İran Azərbaycana hücum etmək üçün ordusuna “hazır ol” əmri verib.
Məlumatı Rusiya Araşdırmaları İnstitutu (RUSEN) X platformasındakı hesabında paylaşıb:“İranın şimal-qərbindəki ordusu Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün Ermənistanla toqquşmaya girəcəyi təqdirdə, əks-hücum əməliyyatına başlamaq üçün hazırlıq görür”, - paylaşımda bildirilib.
Yeri gəlmişkən, İranın "Şahid" PUA-ları sərhəddimizdə dayanmadan hərəkətdədir. Həm də nümayişkaranə! Hindistanın məsələyə nə qədər qarışmayacağı hələki sirrdir, amma yeni nəsil silahlarla ermənilərə yardım edəcəyi şübhəsizdir!!!
Bü müharibədə "fransızlar döyüşəcəkmi?" sualı ilə qarşı qarşıyasınızsa, bildirim ki, 44 günlük müharibədə Fransa Ermənistana həm silah, həm maliiyə, həm də döyüşçü göndərib. 10 gündən artıqdır ki, şərti sərhəddimizdə 31 TIR-ın hansı yüklə dayandığı bizə müəmmalıdır. Sizcə, bu doğrudanmı, humanitar yardımdır?
İkincisi Fransa əsgərləri təğyiri libas olub, Ermənistan ordusunun hərbi geyimi ilə döyüşə qatıla bilərmi? Bilər! Razılaşma olarsa, İran hərbi geyimi ilə də döyüş bölgəsinə gələ bilərlər!
Bütün parçaları bir yerə toplasaq görərik ki, xalqımız və ordumuz böyük bir imtahan qarşısındadır!
Allah ordumuzu və bizə dəstək olanları qorusun!
Əntiqə Rəşid
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.