"QHT Agentliyinin rəhbərliyi onlara nəzarət edənləri əldə saxlayır, onlar heç sizin xeyrinizə bir şey deyərmi?"- Samir Adıgözəlli

10-09-2023, 10:54           
"QHT Agentliyinin rəhbərliyi  onlara nəzarət edənləri əldə saxlayır, onlar heç sizin xeyrinizə bir şey deyərmi?"- Samir Adıgözəlli
"Bu sektoru niyə belə məhv etdilər anlamıram. Nəyin qisasını alırlar? "
Teref.az yazır ki, İSBAM sədri Samir Adıgözəlli son günlər sosial şəbəkələrdə paylaşdığı açıqlamalarının verdiyi nəticəni belə qiymətləndirib.
QHT sədri fikirlərini belə şərh edir:
"Ömür boyu milli maraqlardan çıxış edib, dövlətçilik prinsiplərinə bağlı fəaliyyət göstərməkdəyəm .
Ölkə başçısının mövqeyini müdafiə edərək, onun çağırışına uyğun olaraq, ictimai iştirakçılıq yönündə çıxışlar edirəm.
QHT Agentliyi ilə bağlı hər gün təzadlı informasiya alıram. Açığı cəsarətsizlik göstərib öz sözlərini sizlərə deyə bilməyənləri qınayıram. Hamısı sözünü mənə deyir ki, sən daha bu işə başlamısan)
Bu gün eşitdim ki, Agentliyə nəzarəti həyata keçirən qurumun rəsmiləri bizim bir narazılığımızı rəhbərliyə çatdırmırlar. Ənənəvi Ramiz Mehdiyev qaydasında məsələni kiçildir, sanki biz öz şəxsi maraqlarımız üçün bunu etdiyimizi söyləyir, ölkə başçısını aldadırlar. Hətta bizlərə ismarc göndərirlər ki, onları məhkəməyə verib susduracayıq.
Vallah ört-basdırlar sizi uğura aparmayacaq. Görüntü və şoular əvvəllər başqa məmurlar da edirdilər.
Vəziyyəti olduğu kimi rəhbərliyə demək lazımdır. Bizimlə neytral bir yüksək vəzifəli şəxs görüşsün heç olmasa, biz problemlərimizi ölkə rəhbərliyinə çatdıraq.
Bu fironluq kimə lazımdır axı?
Bizi niyə düşmən edirsiz? 1-2 nəfərin hikkəsinə bizləri niyə qurban verirsiniz?
Yoldaşlar bu gün söyləyirlər ki, sözünüzü neytral şəxsə deyin.
"QHT Agentliyinin rəhbərliyi onlara nəzarət edənləri əldə saxlayır, onlar heç sizin xeyrinizə bir şey deyərmi?"
Əslində bunu düşünürdüm, amma inanmırdım, həmkarlarım bir qədər fikirlərimi qətiləşdirməyə kömək etdi. Bunu sonuncu dəfə QHT Agentliyindəki görüşdə də açıq şəkildə müşahidə etdik. PA rəsmisi Aygün Əliyevaya görə bizə aqressiya göstərirdi.
Təklif edirəm ki, həmin görüşün video yazısını montaj etmədən ictimailəşdirsinlər.
Bu sektoru niyə belə məhv etdilər anlamıram.
Nəyin qisasını alırlar?
Samir Adıgözəlli"
Teref.az olarfaq iddia olunanlarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.