Ordumuz irəlilədi, İran təxribat edə bilər - Politoloqdan xəbərdarlıq

10-09-2023, 10:22           
Ordumuz irəlilədi, İran təxribat edə bilər - Politoloqdan xəbərdarlıq
Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan "cəsarətləndi" və onun Qarabağsız sülh sazişinə marağı azaldı.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ordumuzun ötən gün qanunsuz silah daşınan torpaq yollarını nəzarətə götürməsi haqda qeyd edib.

O bildirib ki, Azərbaycan Ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu, Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır:

"Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan Ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa, tərəfdaş adlandırdığına görə "qırmızı çizgiləri" tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün "qırmızı çizgiləri" aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru