Prezidentin köməkçisi: Neftin daha da bahalaşması ehtimalı var

11-09-2023, 12:37           
Prezidentin köməkçisi:
Prezidentin köməkçisi: Neftin daha da bahalaşması ehtimalı var
Hazırda dünyada neftin qiymətləri sabitdir və onların azalmaqdan daha çox artımı ehtimalı var.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bildirib.

“Qlobal bazara nəzər salsanız, görərsiniz ki, dünyada neft ehtiyatları çox ciddi şəkildə azalır, bu o deməkdir ki, indiki səviyyədən onların (neftin qiymətləri - red.) azalmaqdan daha çox artım ehtimalı var. Ona görə də onlar sabitdir və mən əminəm ki, gələcəkdə, hətta indiki və daha yüksək qiymətlər qalsa belə, OPEC+ üçün hasilatı artırmaq üçün məkan olacaq”, - Maksim Oreşkin qeyd edib.

O əlavə edib ki, ilin birinci yarısında neftin qiyməti kifayət qədər aşağı düşüb, lakin indi bərpa olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru