Yeni tədris ilinin başlama vaxtı dəqiqləşdi- Nazir əmr imzaladı
12-09-2023, 00:04
2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.
TNS xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.
Eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb.