Rasim Musabəyova cavab - Mərhum baş naziri Bülent Ecevit peşə fəaliyyətinə jurnalist olaraq başlamışdır.

12-09-2023, 00:08           
Rasim Musabəyova cavab -
Türk siyasətinin önəmli isimlərindən, mərhum baş naziri Bülent Ecevit peşə fəaliyyətinə jurnalist olaraq başlamışdır.
Ecevit ilk olaraq , 1944 cü ildə Mətbuat Baş idarəsində tərcüməçi kimi işə başlayıb. Daha sonra London səfirliyinin mətbuat ofisində çalışıb.
1950 ci ildə "Ulus" qəzetində fəaliyyətə başlayır.
Bülent Ecevit sonra "Yeni Ulus" və "Halkci" qəzetlərində yazıçı və redaktor vəzifələrində işləmişdir.
1955-ci ildə ABŞ-ın Şimali Karolina, Uinston-Salem şəhərində The Journal və Sentinel-də qonaq jurnalist kimi çalışmışdır.
Kipr hərəkatı 1974 ildə Ecevitin baş nazirliyi dövründə keçirilmişdir.
Eyni zamanda terrorçu başı Ocalan məhz Ecevitin hökumət başçısı olduğu zaman , 1999 ildə Kenya da tutularaq Türkiyəyə gətirilir.
Xalqın sevgisini qazanan Ecevit jurnalist , yazıçı, şair olaraq bu yola çıxmışdı.
Bugün onun haqqında Türkiyədə ancaq xoş xatirələr var.
Tək cümlə ilə deyim ki, Rasim Musabəyov kimilərin xalq qarşısında zərrə qədər əməkləri yoxdur.
Samir Adigozelli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru