Tarixi QƏLƏBƏ: Ağdam-Xankəndi yolu işə düşdü - FOTO

12-09-2023, 08:24           
Tarixi QƏLƏBƏ: Ağdam-Xankəndi yolu işə düşdü - FOTO
Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.

“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, artıq Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) göndərdiyi yardım Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması üçün Xankəndiyə yola salınıb.

Bu, isə Azərbaycanın növbəti qələbəsidir. Çünki Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi - Azərbaycanın ərazisindən keçməklə göndəriləcək.

Münaqişədən əvvəl də Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur.

Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Buna görə də Ağdam-Xankəndi yolu ilə humanitar missiyanın reallaşdırılması Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsinə kömək edəcək.
Ancaq Ağdam marşrutunun açılışı rəsmi Bakının Qarabağdakı Ermənistan tərəfindən dəstəklənən və maliyyələşdirilən bütün erməni silahlı dəstələrinin çıxarılması barədə tələblərini də ləğv etmir.

Bu bölgə Azərbaycanın ərazisidir və oradakı bütün fəaliyyətlər yalnız və yalnız ölkə Konstitusiyası, dövlətimizin qanunları çərçivəsində həyata keçirilməlidir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru