Putin bal kimi də narahatdır, sadəcə Ukrayna kimi Ermənistanın aradan çıxmaq istədiyini açıq deyə bilmir

14-09-2023, 09:14           
Putin bal kimi də narahatdır, sadəcə Ukrayna kimi Ermənistanın aradan çıxmaq istədiyini açıq deyə bilmir
Jurnalist Putinə sual verib ki, bəs Paşinyanın başqa liderlərə zəng edərkən Sizə zəng etməməsi və Rusiyadan uzaqlaşmağa çalışması Sizi narahat edirmi?
Putin özünə sındırmayaraq münasibətlərdə problem olmadığını, Paşinyanla təmas içində olduğunu, hətta ondan geniş məzmunlu məktub aldığını deyib.
Birincisi, Nikol Paşinyanın özü Putinə məktubunda nələr yazdığına aydınlıq gətirməyib.
İkincisi, Putin Paşinyandan narazılığı yoxdursa, naziri Sergey Lavrovu və sözçüləri Dmitri Peskovla Mariya Zaxarovanı niyə erməni rəsmilərin üzərinə püskürdüb?
Putin bal kimi də narahatdır, sadəcə Ukrayna kimi Ermənistanın aradan çıxmaq istədiyini açıq deyə bilmir.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.