Sülhməramlıların müqavimətsizliyi şəraitində blokada

14-09-2023, 10:04           
Sülhməramlıların müqavimətsizliyi şəraitində blokada
Ötən ilin dekabrında Mark Qriqoryanın dediyi "Dağlıq Qarabağın blokadası" başladı.

Əvvəlcə Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizi dövlətdən tam müstəqil ekoloji fəal olduqlarını bildirən azərbaycanlı qruplar tərəfindən fasiləsiz piketlərlə bağlandı.

Daha sonra aprel ayında Azərbaycan yolda rəsmi keçid məntəqəsi qurdu. Bakı bu hərəkətləri izah edərək bildirib ki, ermənilər bu yolla Qarabağa, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə əsgər və silah daşıyırlar. Ermənistan və Qarabağ erməniləri bu ittihamları rədd edib.

Eyni zamanda, Paşinyan və Əliyevin Putinin vasitəçiliyi ilə imzaladığı və 2020-ci ilin payızında 44 günlük müharibəyə son qoyan razılaşmaya əsasən, Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət etməlidir. Lakin onlar azərbaycanlıların onu öz nəzarəti altına almasına mane ola bilməyiblər və ya mane olmaq istəməyiblər.
Qarabağ erməniləri bir neçə aydır ki, azərbaycanlıları mülki yüklərin Laçından keçirilməsinə icazə verməməkdə ittiham edir və nəticədə Dağlıq Qarabağ kəskin şəkildə ərzaq və ümumiyyətlə, bütün zəruri malların çatışmazlığı ilə üzləşir.

Son bəyanat və jest mübadiləsi də regionda vəziyyətin növbəti gərginləşməsi fonunda baş verib. Ermənistan tərəfi bildirib ki, Azərbaycan Dağlıq Qarabağ hüdudlarına və Azərbaycan-Ermənistan sərhədinə qoşun toplayır. Rəsmi Bakı bunun təlim olduğunu deyirdi.

Ermənilər ehtiyat edirlər ki, Azərbaycan öz hərbi maşını ilə Dağlıq Qarabağda qalmış qalıqların üzərinə gedəcək və heç bir Rusiya sülhməramlısı buna mane olmayacaq. Bundan əlavə, Ermənistanda çoxları qorxur ki, Azərbaycan Ermənistanın cənub (İranla) sərhədi boyunca Naxçıvana, daha sonra isə Türkiyəyə nəqliyyat dəhlizi açmaq üçün Ermənistanın özünə hücum edə bilər.

Paşinyan-Əliyev-Putin razılaşmasına əsasən, tərəflər Azərbaycanla Naxçıvan arasında 1990-cı illərin əvvəllərində bağlanmış quru yolu bərpa etməli idilər. Amma bu məsələ hələ də gerçəkləşməyib və rəsmi Bakı mütəmadi olaraq bu məsələdən narazılığını bildirir.

Ötən həftəsonu tərəflər gərginlyi azaltmaq üçün Dağlıq Qarabağa iki humanitar yolu açmağa razılaşıblar: biri Laçın üzərindən, digəri isə Azərbaycanın Ağdam ərazisindən. Amma hər iki tərəfin bir-birinə etibar etmədiyi şəraitdə bu yolların necə işləyəcəyini proqnozlaşdırmaq çətindir.
Paşinyanın yeni “çoxqütblü” siyasətinin perspektivləri də bəlli deyil.

“Qərb və Rusiya arasında ziddiyyətlər səbəbindən Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsində Qərbin və Rusiyanın birgə hərəkətlərini təsəvvür etmək olduqca çətindir, - tanınmış erməni politoloq Aleksandr İskandaryan deyir. — Rusiya sülhməramlılarının başqaları ilə əvəzlənməsini də təsəvvür etmək mümkün deyil. Güman etmək olar ki, Azərbaycana siyasi təzyiqlər olacaq, amma çətin ki, bunun bir təsiri olsun, çünki bu vəziyyətdə təkcə siyasi təzyiq kifayət etmir”.

Bir çox siyasi şərhçilər ABŞ və ya aparıcı Avropa dövlətlərinin Ermənistanın və Azərbaycandakı ermənilərin təhlükəsizliyinin təminatçısı olmağına və xüsusən də Dağlıq Qarabağın perimetri üzrə Rusiya sülhməramlılarını (onların mandatı 2025-ci ilin sonunda başa çatır) əvəz etməyə hazır olduğuna dair heç bir əlamət görmürlər.

Hamı fərqli problemlərlə məşğuldur: Ukrayna müharibəsi, Çinlə qarşıdurma, qarşıdan gələn seçkilər. Bunların fonunda uzaq və kiçik Ermənistan və Qarabağ indiki və potensial gələcək “qarantlar” üçün heç də birinci dərəcəli məsələ kimi görünmür.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.