Peskov unudub, yoxsa bilərəkdən sənədin izalanma tarixini “cavanlaşdırıb”?

15-09-2023, 11:08           
Peskov unudub, yoxsa bilərəkdən sənədin izalanma tarixini “cavanlaşdırıb”?
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Bakı və İrəvana təmkin göstərməyə çağırışında bir neçə cümlə diqqəti çəkib.
Peskov “tərəfləri iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq” deyib. Rusiya prezidentinin mətbuat katibinin sonrakı cümləsi isə belədir: “Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”. Birincisi, 44 günlük savaşa son verən üçtərəfli sənəd iki il deyil, 2020-ci ilin noyabrında imzalanıb, təxminən ay yarımdan sonra 3 ili tamam olacaq. Peskov unudub, yoxsa bilərəkdən sənədin izalanma tarixini “cavanlaşdırıb”? Biz həmin tarixin qısa müddətdə geridə qalmasını istəyirik ki, Rusiya hərbi kontingenti ərazimizi tez tərk etsin. Peskovun “yeni reallıqlar nəzərə alınmalıdır” açıqlamasını isə belə yozmaq olar ki, Ermənistan Laçın yolunda sərhəd məntəqəsinin reallığı ilə barışmalıdır. Çünki Ermənistan rəsmiləri daima Kremli bu məsələyə görə tənqid edirlər. Bu Rusiya və Ermənistanın qəbul edəcəyi reallıqlardan yalnız biridir, növbəti reallıqlar Ağdam-Xankəndi yolunun daimi istifadəyə açılması, separatçıların tərksilahı və Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları olmalıdır.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.