Nəhəng dövlət qurumlarımız niyə kurslarla məşğul olmalıdır?

16-09-2023, 08:34           
Nəhəng dövlət qurumlarımız niyə kurslarla məşğul olmalıdır?
Nə qədər öz-özümə dedim ki , bu məsələyə baş qoşmayım, yenə də sektorda daşıdığım ictimai yük buna imkan vermədi.
Ötən gün məlumat verildi ki, bir neçə nəhəng dövlət qurumlarımız, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” qlobal təhsil kursları şirkəti müqavilə bağlayıblar.
Düzü, məəttəl qalıram, anlamıram nə baş verir.
Doğrudur, bunlar faydalı addımlardır. Amma, düşünürəm ki, adı çəkilən qurumlarlıq deyil axı bu işlər.
Həm ETN, həm TİF, həm də 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi qarşısına ciddi vəzifələr, strateji hədəflər qoyulan qurumlardı.
Rəhbərləri də yetərincə dərin biliyə və savada sahib olanlardı, intellekti olan və beynəlxalq təcrübəni bilənlərdi.
Dünyada, elə qonşu ölkələrdə aparıcı xətt süni intellekt və digər müasir texnologiyalar, ekosistemin inkişafı, münbit şəraitin yaradılması prioritetdir.
Belə olan halda, inkişafa cavabdeh qurumlarımızın hansısa kurslar səviyyəsinə gedib çıxmağı nə deməkdir?
Axı bunlar bizim hansısa bir şirkətimiz , hansısa bir təhsil-repetitor kursumuz, lap dərinə getsək Universitetlərimiz və ya Tech Akademiyalarımız səviyyəsində görüləcək işlərdi.
Xatırlayıram ki, bir neçə il öncə UNEC bu işi görmüşdü və səhv etmirəmsə 7000 tələbəyə Coursera-ya giriş təmin etmişdi. UNEC tələbələri minlərlə kurslar, sertifikatlar əldə etdilər, hətta bildiyim qədər onlar uyğun istiqamətdə imtahanlardan da azad edilmişdilər.
İndi bizib bu nəhənglərimiz eyni bir layihə üzrə 10 mini hədəfləyiblər. Nə olsun?
Məncə nəhəng dövlət qurumları və tənzimləyicilər kurslar səviyyəsinə, təhsilin təşkili səviyyəsinə, hansısa müsabiqələrin və ya oyunların, kursların təşkilinə enməməlidir.
Bu, doğru bir yanaşma deyil.
Elə UNEC, yaxud AzTU, Təhsil Akademiyalarımız və kurslarımız, ya digərləri bunu yenidən edərdi , yaxud bəlkə də edirlər bunu.
Cənablar, məncə siz öz dəyərli potensialınızı, resurslarınızı, beynəlxlaq tedbirlərdə topladığınız faydalı təcrübəni daha dərin işlərə, strateji hədəflərə, mühitin inkişafına yönəltsəniz daha məntiqli və ağlabatan olardı.
Nə bilib, Vallah. Bəlkə də, mən çox ifrata varıram. Bəlkə qərar qəbul edənlərimiz daha yaxşı bilirlər və uzağı daha yaxşı görürlər.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.