Amerikalı ailələr Ukraynada müharibə davam etdiyi bir vaxt yetim qalmış uşaqları himayələrinə götürmək istəyir

16-09-2023, 11:28           
Amerikalı ailələr Ukraynada müharibə davam etdiyi bir vaxt yetim qalmış uşaqları himayələrinə götürmək istəyir
Rusiyanın Ukraynaya hücumu səbəbindən ukraynalı uşaqların xaricilər tərəfindən övladlığa götürülməsi prosesi dayandırılıb. Ukrayna hökuməti prosesi yenidən başlatmağa çalışır.

200 amerikalı ailədən ibarət qrup ölkədə müharibə davam etdiyi bir vaxt yetim qalmış uşaqları himayə etmələrinə icazə verməsi üçün Ukrayna hökumətinə müraciət edib. Bu ailələr Rusiya ölkəyə hərbi müdaxilə edənə və proses faktiki olaraq dayandırılana qədər Ukraynadan uşaq övladlığa götürmək prosesinə idilər.

2021-ci ildə amerikalı Stiv və Leana Olni Odessa bölgəsindəki uşaq evindən iki qardaşı və bir bacını övladlığa götürüb. Lakin Olni ailəsi bu üç uşağın bacısı Lizanı da övladlığa götürməyə ümid edir.

Onlara rəsmi olaraq Lizanı övladlığa götürməyə nəhayət 2022-ci ildə icazə verilib. Lakin Rusiya Ukraynaya hərbi müdaxilə etdi. Stiv Olni: "Biz oktyabr ayında Ukraynaya müraciət təqdim etdik, lakin o rədd edildi. Sadəcə dedilər ki, 'Siz ABŞ-da, o isə Polşadadır. biz övladlığa götürmə prosesini necə aparacağımızı bilmirik".

Olnilər tək deyil. Təxminən 200 ABŞ ailəsi birləşərək, həm Ukrayna, həm də ABŞ hökumətlərinə övladlığa götürmə prosesini yekunlaşdırmağa yardım etmələri üçün müraciət edib. Ailələri Karolina Denhard təmsil edir. "Seks alveri, insan alveri, uşaqların yanlış əllərə düşməsi təhlükəsi var idi. Biz bu problemi həll etməyə çalışırıq. Biz "Cənab, bunlar sizin ölkəniz Ukraynanın artıq təsdiq etdiyi insanlardır" deyirik."

Rusiyanın işğalından altı ay sonra Ukraynada həm yerlilər, həm də xaricilər üçün övladlığa götürmə prosesi dayandırılıb. Ukraynanın sosial siyasət naziri Oksana Jolnoviş deyir ki, yerlilər üçün övladlığa götürmə 2022-ci ilin avqustunda bərpa olunub. "Uşaqların öz doğma mədəniyyətlərində və doğma adət-ənənələrinin əhatəsində böyümələri üçün biz uşaqların ölkə daxilində övladlığa götürülməsinə üstünlük veririk".

Onun dediyinə görə, beynəlxalq övladlığa götürmələrin bərpasına icazə verilib, lakin sadəcə övladlığa götürən valideynlərin uşaqla müharibədən əvvəl tanış olduğu və uşağın razılığını əldə etdiyi hallarda.

Sabrina Dikenson Ukraynadan övladlığa uşaq götürmək istəyən ABŞ valideynlərini müdafiə edən “Ukrainecare 300” qrupundandır. "Uzun illərdir ki, ailələrin Ukraynadan olan uşaqları, xüsusən də yetimləri, bəzən yetim statusu olmayan aztəminatlı uşaqları yayda və qışda 4-lə 12 həftə arasında evlərində saxlaması üçün bir proqram var. Bu proses vasitəsilə onlar - əgər uşaq yetimdirsə - onu övladlığa götürmək istəyib-istəmədiyinə qərar verirdi".

Ukraynanın sosial siyasət nazirinin keçmiş müşaviri Leonid Lebedev deyir ki, ABŞ ailələrinə belə uşaqları müharibənin sonuna qədər himayələrinə götürmələrinə icazə vermək həll yolu ola bilər. "Uşaq evlərində deyil, bəyəndikləri, onları seçən ailələrlə yaşamaları uşaqlar üçün daha yaxşı olardı."

Lakin Jolnoviç deyir ki, Ukraynada uşaqları himayə etməklə bağlı qanun yoxdur. "Uşağa yalnız ən yaxın qohumları ilə müvəqqəti yaşamağa icazə verilə bilər. Qanunumuz buna icazə verir".

Müvəqqəti çətinliklərə baxmayaraq, Olnilər Liza ilə əlaqə saxlayır. Onu sonuncu dəfə Milad bayramında Polşada görüblər və daim telefonla danışırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.