Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də DAR EDİBLƏR... - AİLƏSİ NARAHATDIR...

16-09-2023, 12:59           
Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də DAR EDİBLƏR... - AİLƏSİ NARAHATDIR...
Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də dar ediblər. Bu barədə DİA.AZ-a hazırda həbsdə saxlanılan tanınmış jurnalist Sənan Həsənoğlunun ailə üzvləri bildiriblər. Onların sözlərinə görə, S.Həsənoğlunun səhhətində problem olmasına baxmayaraq onun müalicəyə cəlb olunması saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən süni şəkildə əngəllənməkdədir.

Jurnalistin həyat yoldaşı Seyidova Nəzakət DİA.AZ-a açıqlamasında qeyd edib ki, Sənanın səhhəti günü-gündən pisləşsə də, Peniotensiar xidmətin bəzi işçilərinin qərəzi səbəbindən tanınmış jurnalist hələ də müalicəyə cəlb olunmayıb: "Sənan vətənini sevən bir adamdır. O dərdini kimə deməlidir? İndi Sənan müəlicə olunsun deyə, xarici ölkə səfirliklərinə ağız açmalıdır? Belə etməyin".

DİA.AZ bildirir ki, tanınmış jurnalist Sənan Həsənoğlu 1974-cü ildə Ağcabədidə anadan olub. Təfəkkür Universitetində jurnalistika ixtisasını bitirib. Uzun illər "Space", "Azad Azərbaycan" və "AztV"nin Qarabağ bürosu üzrə müxbir işləyib.

Qeyd edək ki, Sənan Həsənoğlu 9 fevral 2020-ci ildəki parlament seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən namizəd idi.

***

Məsələ diqqətimizdədir...
Qarşı tərəfi də teref.az olaraq dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru